Bakıda yoxa çıxan yol polisi işdən qovuldu - YENİLƏNİB

Bakıda yoxa çıxan yol polisi işdən qovuldu - YENİLƏNİB

16:51

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib. Milli.Az xəbər verir ki, bu barədə report-a Bakı şəhər DYP-dən məlumat verilib. Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.

Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş 99-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ə.Kərimov Növbətçi Hissədə sürücü işləyirdi. Onun xeyli miqdarda borcu olduğu, "Topaz"-da çoxlu pul uduzduğu, elə buna görə də qaçıb gizləndiyi bildirilir. Əliş Kərimov iki il əvvəl yaşadığı ərazidə bıçaqlanıbmış. Amma hadisənin səbəbi məlum deyil.

-----------

 

14:44

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq BŞBPİ DYPİ-dən məlumat verilib.
Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb.
O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş "90-YP-460" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.


OXŞAR XƏBƏRLƏR