Azərbaycanda 10 xəstəxana BAĞLANDI

Azərbaycanda 10 xəstəxana BAĞLANDI

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.

Salyan Dəmir Yolu Xəstəxanasının bağlanması nəticəsində orada işləyən 40-a yaxın qadın işçi etiraz edib. Onlar Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkətini Salyan stansiyasında dayandırıb və işə bərpa olunmalarını istəyiblər.

Sfera.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova azvision.az-a bildirib ki, Maliyyə Nazirliyinin məktubuna əsasən, bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. Həkim və sanitar xidmətələrə vəsait ayılmadığı üçün bəzi xəstəxanalar təsərüffat hesablı edilib, bəziləri is bağlanılıb.

"Salyan Dəmiryol Xəstəxanasını da maliyyələşdirə bilmədiyimiz üçün bağladıq. Ona görə işçilər arasında belə ajiotaj yaranıb. Bu səbəbdən qatar 25 dəqiqə gecikib. Başqa bir problem olmayıb".

 

S.Qədirova bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb.

"Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub".


OXŞAR XƏBƏRLƏR

Pakistan-Hindistan gərginliyinin tarixi - İndi kim qazanacaq?

Hindistan və Pakistan arasında bu günə qədər dörd əsas hərbi münaqişə baş verib. Bu qarşıdurmaların əksəriyyəti Kəşmir bölgəsi üzərindəki mübahisələrlə əlaqəlid...

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...