Nazirlikdən Qafqaz Universitetinin tələbələri ilə bağlı daha bir AÇIQLAMA

Nazirlikdən Qafqaz Universitetinin tələbələri ilə bağlı daha bir AÇIQLAMA
Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə köçürülən bütün tələbələrin gələcəkdə alacaqları diplomlar birmənalı şəkildə Azərbaycan respublikasında tanınacaq.
 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov "Təhsil.tv"-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qafqaz Universitetinin bütün tədris sənədlərinin - hazırda təhsil alan, əvvəlki illərdə qəbul olunmuş və müəyyən səbəblərdən universiteti bitirməmiş, akademik məzuniyyət götürmüş, müxtəlif təqaüd proqramları çərçivəsində xaricdə təhsil alan bütün tələbələrin tədris sənədlərinin Qafqaz Universitetindən Baklı Mühəndislik Universitetinə təhvil verilməsi ilə bağlı işlər aparılır və qısa müddətdə bu iş tamamlanacaq.
 
S.Gözəlov qeyd edib ki, Qafqaz Universitetində indiyə qədər mövcud olan ixtisaslardan əlavə olaraq Bakı Mühəndislik Universitetində ölkə iqtisadiyyatı üçün prioritet olan bir sıra yeni mühəndislik üzrə ixtisaslar açılacaq.


OXŞAR XƏBƏRLƏR

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...