Azərbaycanda maliyyə ombudsmanı nə vaxt fəaliyyətə başlayacaq?

Azərbaycanda maliyyə ombudsmanı nə vaxt fəaliyyətə başlayacaq?

"Azərbaycan Banklar Assosiasiyası (ABA) 2017-ci ilin aprelinədək maliyyə ombudsmanının reqlamentini təsdiq etməyi planlaşdırır".

Sfera.az xəbər verir ki, bunu Trend-ə assosiasiyanın icraçı direktoru Yunus Abdulov deyib.

Y.Abdulov bildirib: "Fevralın 3-də ABA üzvlərinin ümumi iclasında biz maliyyə ombudsmanının nizamnaməsini təsdiq etmişik. Yaxın iki ay ərzində biz reqlament üzərində işləri başa çatdırmağı planlaşdırırıq. Reqlament təsdiq olunduqdan sonra ombudsman işə başlaya bilər".

Onun sözlərinə görə, maliyyə ombudsmanı Assosiasiyanın nəzdində fəaliyyət göstərəcək və onun qərarları tövsiyə xarakterli olacaq.

 

İcraçı direktor deyib: "Ombudsman iştirakçılar arasında yaranmış maliyyə mübahisələri ilə bağlı məsləhətlər verə bilər, amma təbii ki, son qərar məhkəmə tərəfindən qəbul ediləcək".


OXŞAR XƏBƏRLƏR

Banklar qızıl alışını artırıb - RƏQƏMLƏR

Mərkəzi banklar üçün qızılın cəlbediciliyi hələ də yüksək olaraq qalmaqdadır.    Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliy...

Baş nazir sərəncam imzaladı

“2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin müvafiq sərəncamının icrasın...

Elşad Miridən deputata cavab: "Belə deməz..."

Bir neçə gündür, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov, ilahiyyatçı-psixoloq Fazil Əhmədin dinşünas Elşad Miri ilə ...

Azərbaycanda qadağan edilmiş dini qruplar - SƏBƏBLƏR

Azərbaycanda dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində bir sıra dini təşkilatların fəaliyyəti rəsmi olaraq qadağan edilib. Bu qərarlar təhlükə...

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda "İsmikhanlı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyud...

Süni intellekt proqramı tibb imtahanından uğurla keçib - Yenilik

Yaponiyada hökumətə bağlı Milli İnformasiya İnstitutunun (NII) rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqatçılar milli tibbi lisenziya imtahanını uğurla keçə bilə...