Azərbaycanda bəzi dərmanların satışı ÇƏTİNLƏŞDİRİLİB - NARKOTİKDİR!

Azərbaycanda bəzi dərmanların satışı ÇƏTİNLƏŞDİRİLİB - NARKOTİKDİR!

Azərbaycanda narkotik maddə istifadəçilərinin apteklərdən asanlıqla əldə etdiyi və təyinatına uyğun istifadə edilməyən "Lirika", "Tropin", "Midriasil" dərmanlarından istifadədə sui-istifadə halları aşkarlandığına görə, onlar narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərmanların siyahısına daxil edilib.

Bunu Trend-ə Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserin direktoru Telman Məmmədhəsənov bildirib.

Onun sözlərinə görə, "Tropin", "Midriasil" göz dərmanlarıdır və onlar əsasən, oftalmologiyada göz bəbəyinin genişləndirilməsi üçün istifadə olunur. "Lirika" isə preqabalin tərkiblidir, antidepressantdır.

T.Məmmədhəsənov əlavə edib ki, dövlət tərəfindən təsdiqlənmiş siyahıya daxil edilmiş narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr aptek şəbəkələrində pərakəndə və ya topdansatış qaydalarına riayət olunmaqla satışa buraxılır. Həmin dərmanlar yalnız güclü təsir edən dərmanları satmaq üçün xüsusi icazə alan apteklərdə satıla bilər.

T.Məmmədhəsənov əlavə edib ki, antidepressantlar qrupuna aid olan, depresiyaların müalicəsində istifadə olunan, lakin həm də narkotik istifadəçilər tərəfindən istifadə edilən "Koaksil" preparatlarının respublikaya idxalı dayandırılıb.

T.Məmmədhəsənov qeyd edib ki, Azərbaycanda ümumiyyətlə, narkotik vasitələr satan hər hansı bir aptek yoxdur:

 

"Apteklərdə narkotik kimi istifadə edilə bilən narkotik tərkibli dərmanlar satılmır. Narkotik vasitələr ümumiyyətlə, apteklərdə satılmır. Apteklərdə satılan hər hansı psixiatrik maddələr də reseptsiz verilmir".

Onun sözlərinə görə, Azərbaycan ərazisində qanuni yolla narkotik vasitələr satılmır və istehsal olunmur.

Mərkəz direktoru əlavə edib ki, narkotik vasitələr Azərbaycana yalnız elmi və tibbi məqsədlər üçün idxal olunur və tələbata uyğun olaraq, dövlət müəssisələri arasında bölüşdürülür.

Xatırladaq ki, T.Məmmədhəsənov hələ bir neçə il əvvəl bildirmişdi ki, adıçəkilən dərman vasitələrinin apteklərdən reseptsiz buraxılması narkotik maddə istifadəçilərinin onları asanlıqla əldə etməsinə şərait yaradır. Bu dərman vasitələri narkotik maddələrlə birlikdə və ya tək istifadə olunur. Narkotik maddə ilə birlikdə istifadə olunduqda, narkotik maddənin narkogenlik xüsusiyyətini artırır və vaxtını uzadır. Tək istifadə olunduqda isə hər biri özünə uyğun təsir effektləri göstərir. "Tropin", "Midriasil" (tropikamid) oftalmologiyada diaqnostik və müalicə məqsədilə istifadə olunan damcı şəklində dərman pereparatı olmasına baxmayaraq, narkotik maddə istifadəçiləri onlardan inyeksion yolla vena və ya əzələ daxilinə istifadə edirlər. İstifadə zamanı "Tropin" və ya "Midriasil" qavrama pozğunluğu (hallusinasiya, illüziya) və eyforiyaya səbəb olur. "Koaksil" (tianeptin) kustar üsulla hazırlanmış məhlul vena daxilinə inyeksion yolla qəbul olunur. Təsiri opioid qrupundan olan narkotik maddələrin təsirinə uyğundur, lakin qısa müddətlidir. Bu dərman insanda qısa zamanda asılılıq yaradır.


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...

Bakının bu qəsəbəsi qazsız qaldı

Bu gün Xəzər rayonunun Şağan qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.   Bu barədə Sfera.az-a “Azəriqaz” İstehsalat Bir...

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...