Bakıda mühüm tədbir keçirilir

Bakıda mühüm tədbir keçirilir

Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə "EuroVillage 2025" (Avropa Şəhərciyi) tədbiri keçirilir.

 

Sfera.az xəbər verir ki, tədbir Avropa Günü münasibətilə təşkil olunub, Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycanın Gənclər və İdman Nazirliyi və digər tərəfdaş qurumların birgə iştirakı ilə həyata keçirilir.

 

Qeyd edək ki, builki "EuroVillage 2025" sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.

 

Tədbir çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Həmçinin ziyarətçilər üçün musiqi, rəqs, idman oyunları və hədiyyəli müsabiqələr təşkil edilib.

 

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, Avropa şəhərciyi qitəyə açılan bir pəncərədir:

 

"Bu, Avropa İttifaqını unikal edən onun zəngin mədəniyyətini və müxtəlifliyini görmək, öyrənmək və zövq almaq üçün bir imkandır. Bayramı azərbaycanlı dostlarımızla bölüşməkdən məmnunuq!"

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...