Dolları kim ucuzlaşdırır: Tramp, yoxsa Mərkəzi Bank?

Dolları kim ucuzlaşdırır: Tramp, yoxsa Mərkəzi Bank?
Dünya valyuta bazarında dolların ucuzlaşması fonunda Azərbaycanda keçirilən sonuncu valyuta hərracında da dolların enməsi müşahidə edilib. Ekspertlər isə bunun müvəqqəti hal olduğunu bildirirlər. Qeyd edilir ki, dolların ucuzlaşması müvəqqətidir və tezliklə əks prosesin şahidi olacağıq. 

Qeyd edək ki, fevralın 3-də 1 dolları 1,86 manatdan alan banklar fevralın 6-dan alış qiymətlərini 1,84 manat səviyyəsinə endiriblər.

BiG.AZ xəbər verir ki, fevralın 6-da "Bank of Baku” 1 dolları 1,8450 manatdan alır. "Unibank”, "Yapı Kredi Bank Azərbaycan” dollara 1,85 manat alış qiyməti təyin edib. Banklarda dolların satış qiyməti isə 1,93 manatdan 1,92 manata düşüb. Əlavə edək ki, "qara bazar” 1 dolları 1,85 manata alıb 1,87 manata satır.

Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, dolların ucuzlaşmasında ABŞ prezidenti Donald Tramp bir səbəbdən maraqlıdır: "Tramp maraqlıdır ki, dollar bir az ucuz olsun. O, Amerika istehsalçılarına şərait yaratmaq istəyir ki, ölkənin ixracı artsın. Bu, yalnız o halda mümkündür ki, gərək qiymətlər bir az aşağı olsun, hamı gəlib Amerikadan mal alsın. Buna görə dolları ucuzlaşdırmaq istəyir. Onun bu istəyi aydındır. İllər boyu Amerikada əsasən Çin, Yaponiya, hətta bəzən Avropa ilə valyuta müharibələri gedir. İstəyir onun valyutası bir az ucuz olsun ki, mallarını çox alsınlar, ixracı artsın. Bu halda iş yerləri artacaq. Heç kəs öz valyutasının çox baha olmasını istəmir. Amma bu halda da ölkədə inflyasiya başlaya bilər. Əgər pul çox olarsa, inflyasiya yarana bilər. Bu dəqiqə Tramp iqtisadi aktivliyi artırmaq istəyir, əsasən pulun gücünə etmək istəyir. Ölkədə pulların artmasını istəyir. Bu hal inflyasiyaya aparır. Buna görə Amerikanın Federal Ehtiyat Sistemi faiz dərəcəsini artıra bilər. Bu da artıq gözlənilir. Yəqin ki, növbəti iclasların birində bunu edəcək. Bundan sonra da dolların ucuzlaşması, məncə, gündəmdən çıxacaq. Dolların yaxında elə də ciddi ucuzlaşmasını gözləmirəm, əksinə, bahalaşacaq”.

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, Trampın dollarla bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb: "Trampın istəyi sadədir: ucuz dollar ABŞ üçün daha çox ixrac imkanları və az idxal deməkdir. Bununla həmçinin Birləşmiş Ştatlar əzəli iqtisad rəqiblərini o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da zəiflətmək istəyir. Amma reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq elə də asan deyil. ”İki ölkə" modelinə uyğun olaraq ABŞ-in iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Amma əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil".

Yeri gəlmişkən, Mərkəzi Bank fevral ayının 1-i tarixinə valyuta ehtiyatlarının həcmini açıqlayıb. Məlum olur ki, valyuta ehtiyatları yanvar ayı ərzində 8,9 faiz artaraq 4327,2 milyon dollara yüksəlib. Bununla da Mərkəzi Bank ehtiyatlarını bir il əvvəlki həddə çatdırıb. Ekspert Samir Əliyevin sözlərinə görə, uzun fasilədən sonra bir ayda bu səviyyədə artım təəccüb doğurmaya bilməzdi: "Xüsusən də manatın tam üzən məzənnəyə keçdiyi elan edildiyi bir vaxtda bu məlumat ilk baxışdan belə bir fikri ortaya atır: manat tam üzən məzənnəyə keçdiyi üçün Mərkəzi Bankın valyuta ehtiyatı artdı. Bu fikri gücləndirmək üçün Rusiya və Qazaxıstan təcrübəsinə istinad etmək də olar. Çünki hər iki ölkədə milli valyutanın məzənnəsi sərbəst buraxıldıqdan sonra valyuta ehtiyatlarının azalması dayandı və artımla əvəz olundu.

Qabaqcadan deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının manatın tam üzən məzənnəyə keçidi ilə heç bir əlaqəsi yoxdur. Çünki Mərkəzi Bank ötən ilin sentyabrından valyuta bazarında satışı dayandırıb və ancaq fasilitator rolunu oynayır. Yəni onsuz da baş bankımız valyuta satmırdı. Yanvar ayında dollar dünya bazarında əsas valyutalara münasibətdə ucuzlaşıb. Valyuta ehtiyatına daxil edilən avro 2,7 faiz, funt sterlinq isə 1,9 faiz bahalaşıb. Bu valyutaların ehtiyatlarda həcmi barədə son məlumatlar yoxdur. Təxmin etmək olar ki, 4 milyard dollarlıq ehtiyatda onların payı ümumi məbləğin 10-15 faizi civarındadır. Deməli, məzənnə fərqinə görə artım 10-15 milyon dollar olub. Onda yerdə qalan vəsait haradan yaranıb? 

Ehtiyatların idarə edilməsindən o qədər artım əldə etmək mümkün deyil. Mərkəzi Bank bazardan da dollar almayıb. Ən azı indiki dövrdə bu mümkün deyil. Elə pul bazasının yanvar ayında 6,7 faiz azalaraq 7,3 milyard manata düşməsi monetar qurumun alış versiyasını istisna edir. Yeganə səbəb kimi Neft Fondunun ”makroiqtisadi sabitlik" məqsədilə nəzərdə tutulan 7,5 milyard manatın bir hissəsinin Mərkəzi Banka köçürülməsi ilə izah etmək olar. Bu məqsədlə Neft Fondu ayda orta hesabla 625 milyon manat köçürməlidir. Bu isə təxminən 342 milyon dollar (yanvar üzrə orta məzənnə təxminən 1,83 USD/AZN) edir. Məzənnə fərqini də nəzərə alsaq, təxminən 352-357 milyon dollar edir. Ehtiyatın həcmi də məhz bu həddə artıb. Mərkəzi Bank sonsuz olaraq Neft Fondunun vəsaiti hesabına ehtiyatlarını artırmayacaq. Çünki makroiqtisadi sabitliyin puluna ehtiyac çoxdur. Həm xarici borcların, həm də valyuta bazarının bu vəsaitə ehtiyacı olacaq. Ona görə də növbəti aylarda Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən azalması baş verəcək".

Ekspert Natiq Cəfərli də qeyd edib ki, bir neçə gündür mediada, əsasən də televiziyalarda Mərkəzi Bankın ehtiyatlarının yanvar ayında 9 faizə qədər artmasını ciddi bir uğur kimi təqdim edirlər: "Neft Fondundan il ərzində Mərkəzi Banka 7,5 milyard manat köçürüləcək, yanvar ayında ilk tranfert həyata keçirilib, məhz buna görə də, ehtiyatlar artıb.

OXŞAR XƏBƏRLƏR

Xanım deputat yenidən namizəd oldu

Milli Məclisin VI çağırış deputatı Könül Nurullayeva 1 sentyabr - Növbədənkənar Parlament seçkilərində iştirak edəcək.    Sfera.az-ın məlumatına...

Sumqayıtda iti öldürən şəxs cərimələndi

Sumqayıt  şəhərində sahibsiz itin ölldürülməsi barədə sosial şəbəkədə paylaşılan görüntülər Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşla...

İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb...

Kürdə batdığı ehtimal olunan Səidin axtarışları davam edir- VİDEO

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun a...

Rusiyada general vəzifəsindən uzaqlaşdırıldı

Rusiyada general Vadim Şamarin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsindən kənarlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu barə...

Ərdoğan Trampla telefon danışığı apardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb. Sfera.az xəbər verir ki, danışıq zamanı&...