Parlamentdə gərginlik: "İşimizi gücümüzü atıb..."

Parlamentdə gərginlik: "İşimizi gücümüzü atıb..."

"Muxtariyyətlə bağlı məsələ bu layihənin predmeti deyil".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq  edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

 

E.Nəsirov deputat Qüdrət Həsənquliyevin Naxçıvanın muxtariyyətinin ləğv olunması ilə bağlı təklifinə fikir bildirib:  

 

“Bu layihədə konkret əlavə edilən iki yeni maddə və bir çox dəyişikliklər əhatə olunub. Bu layihə ilə Azərbaycanın unitar dövlət kimi möhkəmlənməsi baxımından yeni pəncərələr açılır”.

 

Millət vəkili Ziyafət Əsgərov da Qüdrət Həsənquliyevə etiraz edib.

 

O bildirib ki, Heydər Əliyevin muxtariyyət statusu verməsi Naxçıvanın itirilməsinin qarşısını alıb.

 

"Qüdrət müəllim bu məsələni bir neçə dəfə qaldırıb. Nə oldu? Xaos baş verdi. Deputat dediyi sözə görə məsuliyyət daşımır. Amma bir az məsuliyyətli olaq. Unitarlıq muxtariyyətin mövcud olması ilə bağlı deyil. Ölkədə bir neçə muxtariyyət də ola bilər.  Oranın ərazi itirməməsinin əsas səbəblərindən biri də muxtar olmasıdır. İndi muxtarlığı ləğv etsək, necə olacaq? O ərazini kimlərin ağuşuna atacayıq? Zəngəzur yolunun açılmasına görə muxtariyyət statusunun ləğv edilməsi qəbuledilməzdir. Biz oranın inkişafı ilə məşğul olmalıyıq, yeni iş yerləri yaratmalıyıq. İşimizi gücümüzü atıb, muxtariyyətlə məşğul olaq?".

 

Qüdrət Həsənquliyev isə Ziyafət Əsgərova cavab verib:

 

"Təklif vermək, təşəbbüslə çıxış etmək nə vaxtdan qəbahət hesab olunur? Mən demişdim ki, ictimai müzakirə keçirilsin. Xalq qəbul etsə, edər, etməsə, etməz".

 

Ziyafət Əsgərov da cavabında bildirib:

 

"Həmişə siz Naxçıvanın muxtariyyətinin ləğv olunmasını istəmisiniz, mən isə qalmasını müdafiə etmişəm. Araşdırıb baxa bilərsiniz".

 

Firuzə Əliyeva
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...

Bakıda su təchizatı tam bərpa edilib? - AÇIQLAMA

Artıq bir neçə gündür ki, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir işləri ilə bağlı suyun verilişində problem yaşanır. Təmir işləri başa çatsa da, lakin bəz...

Çin yeni rabitə peykini kosmosa buraxdı

Çin “ChinaSat-9C” adlı yeni rabitə peykini uğurla kosmosa buraxıb.   Sfera.az xəbər verir ki, rəsmi “Xinhua” agentliyinin yay...

Tramp şikayət etdi: Nobel almayacağam

ABŞ Prezidenti Donald Tramp Konqo Demokratik Respublikası ilə Ruanda Respublikası arasında onilliklərdir davam edən qanlı münaqişəyə son qoyacaq sülh razılaşmas...