Bu saatlarda yatmaq risklidir

Bu saatlarda yatmaq risklidir

Yeni araşdırma gündüz, xüsusən də günorta saatlarında yatmağın sağlamlıq üçün riskli ola biləcəyini göstərib. 

 

Sfera.az xəbər verir ki, 86 mindən çox sağlam orta yaşlı insanın yuxu vərdişlərini təhlil edən tədqiqatçılar, günortadan sonra yatmağın erkən ölüm riskini 20 faizə qədər artırdığını açıqlayıblar.

 

Ən yüksək risk saat 11:00–13:00 arasında yatanlarda müşahidə olunub. Bu saatlarda yatanlarda ölüm ehtimalı 7 faiz daha yüksək olub. Gündüz yuxularının orta müddəti isə 24 dəqiqə təşkil edib.


Mütəxəssislər bu ehtiyacın keyfiyyətsiz gecə yuxusu və demans, ürək çatışmazlığı, depressiya, tip 2 diabet kimi əsas sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini bildiriblər.

 

Professor Ceyms Rovley bildirib ki, həkimlər yuxu rejimini qiymətləndirərkən “Gün ərzində yatırsınızmı?” sualını da daxil etməlidirlər. Professor Çenlu Qao isə vurğulayıb: “Yuxunun vaxtı və nizamsızlığı da sağlamlıq üçün önəmli siqnallardır”.

 

Karolinska İnstitutunun alimləri isə gündüz yuxusunun beynin zəhərli maddələri təmizləməsinə mənfi təsir etdiyini qeyd ediblər. Bütün bu nəticələr gündüz yuxusunun təkcə yorğunluq deyil, gizli sağlamlıq problemlərinin xəbərçisi ola biləcəyini göstərir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...