Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Evlilik və ya münasibəti bitirmək üçün istifadə edilən QƏRİBƏ XİDMƏT

Yaponiyada bir münasibətə son qoymaq istəyirsinizsə, bunu sizin üçün peşəkar şəkildə etmək üçün birini işə götürə bilərsiniz. Kino səhnəsi kimi səslənsə də, tamamilə realdır. "Wakaresaseya" adlanan bu xidmət planlı şəkildə münasibətləri bitirməyə əsaslanır. Üstəlik, bu işi görənlər bir deyil, yüzlərlə müxtəlif qurumun damı altında birləşir.

Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.


Wakaresaseya Yaponiyada “ayırma xidmətləri” təklif edən xüsusi agentliklərə verilən addır.
 

Bu şirkətlər həyat yoldaşınızın və ya sevgilinizin münasibətlərini bitirmək üçün peşəkar planlar qurur. Hədəf insanı onları aldadacaq bir agentlə tanış edir və sonra əldə etdikləri sübutlarla prosesi istiqamətləndirirlər.
 

Bəzi hallarda boşanma prosesində istifadə olunacaq fotoşəkillər və ya mesajlar da toplanır. Bəzi müştərilər hətta həyat yoldaşını özlərindən ayırmaq üçün belə bir xidmətə üstünlük verirlər. Yəni bu xidmət atılmış adama deyil, həm də getmək istəyən, lakin cəsarəti çatmayanlara yönəlib.
 

2010-cu ildə  Yaponiya bu xidmətlərin nə qədər irəli gedə biləcəyini göstərən dəhşətli hadisə ilə sarsılıb.
 

Kişi arvadını boşamaq üçün wakaresaseya agenti işə götürüb. Agent arvadı ilə münasibət qurmağa başlayıb, lakin işlər nəzarətdən çıxıb. Qadın həqiqəti öyrənəndə münasibətini bitirmək istəyib. Lakin kişi onu boğaraq öldürüb. Nəticə 15 il həbs və böyük ictimai qəzəb... Bu hadisədən sonra sektoru tənzimləmək cəhdləri olsa da, bir çox şirkət hələ də lisenziyasız fəaliyyət göstərir.
 

Wakaresaseya xidmətləri adi detektiv xidməti kimi ucuz deyil.
 

Sadə bir plan 400 min yen (təxminən 3000 dollar), daha mürəkkəb əməliyyatlar isə 20 milyon iyena (təxminən 145 min dollar) başa gəlir. Məsələn, bir kişi platonik şəkildə aşiq olduğu qadının evliliyinə son qoymaq üçün agentliyə 4 milyon yen (təxminən 28 min dollar) ödəyib.
 

Agentlik qadının ərinin uyğun olmayan şəkillərini toplayacağını və nəticəyə zəmanət verəcəyini bildirib. Ancaq aylar keçsə də heç bir irəliləyiş olmayıb. Kişi sübut tələb edəndə agentlik əlaqəni kəsib, telefonlar söndürülüb, sayt silinib. Zərərçəkmiş məhkəməyə müraciət etsə də, heç bir nəticə əldə etməyib.


Yaponiya cəmiyyətində boşanma hələ də ciddi bir tabudur.
 

Xüsusilə də qarşı tərəf boşanmanı qəbul etməzsə, proses kifayət qədər uzun çəkə bilər. Belə hallarda wakaresaseya bir növ dolayı həll yolu kimi görünür. Həyat yoldaşını və ya sevgilisini tərk edə bilməyənlər, əlaqəni bitirmək üçün üçüncü şəxsləri cəlb edirlər.
 

Bundan əlavə, xəyanət sübut edildikdə təzminat tələb oluna bildiyi üçün bu xidmətdən istifadə edənlər həm də maddi qazanc əldə etmək məqsədi güdürlər. Bu səbəbdən sektor bu qədər baha olmasına baxmayaraq hələ də öz müştərilərini tapır.


Aysel
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...