Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Boşanma şayiələri yayılan Mişel Obama başqa siyasətçi ilə göründü - FOTO

Uzun müddətdir ki, ABŞ-ın 44-cü prezidenti Barak Obamanın boşanacağı ilə bağlı şayiələr dolaşır. O, həyat yoldaşı ilə getdikcə daha az görünür.
 

Sfera.az bildirir ki, Mişel Obama qızları ilə birlikdə İspaniyanın sakit adasında yerləşən Mayorkada eksklüziv klubda nahar edərkən görüntülənib. Keçmiş birinci xanımı ABŞ-ın İspaniyadakı keçmiş səfiri Ceyms Kostos müşayiət edib. 61 yaşlı Mişel Obama nahar zamanı böyük ölçülü, dəbli gün eynəyi və çox rəngli paltarında pozalar verib.
 

61 yaşlı Mişellə birlikdə ABŞ-ın İspaniyadakı keçmiş səfiri 62 yaşlı Ceyms Kostos və bu yaxınlarda Mayorkada qədim qəsri alan Obama ailəsinin uzun müddətdir daxili dizayneri və Ağ Evin keçmiş baş dekoratoru olan 62 yaşlı Maykl Smit də qatılıb.
 

Qeyd edək ki, naharda keçmiş prezident Barak Obama iştirak etməyib.
 

Maykl və Ceyms Obama ailəsinin çoxdankı dostlarıdır və Kaliforniya ştatının Palm Springs şəhərindəki Rancho Miragedəki evlərində ailəni dəfələrlə qonaq ediblər.
 

Obamalar 2010-cu ildən Mayorkaya səfər edirlər. Barak prezident olarkən onları ABŞ Milli Qvardiyası və Məxfi Xidmət agentləri müşayiət edib. İndi səfərlər daha azdır.
 

Qrup gəzintisi Mişel və Barakın son bir neçə ayda evliliyinin vəziyyəti ilə bağlı davam edən şaiyələr fonunda baş tutub.
 

Mişel evliliyi ilə bağlı şaiyələri təkzib edib və may ayında podkastda söz-söhbətlərə toxunub.

 


 

O, veriliş zamanı aparıcılara deyib: “Əgər ərimlə problemim olsaydı, hamı biləcəkdi”. Mişel podkastin son bölümündə ərini tərifləyərək onu möhtəşəm ata adlandırıb.
 

O, Barak prezident olanda belə, qızlarının şəxsiyyətini formalaşdırmağa kömək etmək üçün hər dəfə onlarla ünsiyyətdə olanda işini bir kənara atdığını deyib.
 

Obamaların münasibətləri ilə bağlı şayiələr Mişel Donald Trampın andiçmə mərasimi və keçmiş prezident Cimmi Karterin dəfn mərasimi də daxil olmaqla, bir neçə yüksək səviyyəli tədbiri qaçırdıqdan sonra başlayıb.

 

Aysel
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...

Aparıcının qızı xəstəxanalıq oldu - FOTO

Aparıcı Lətafət Ələkbərovanın qızı Rəna xəstəxanalıq olub.    Sfera.az xəbər verir ki, gözündən zədə alan Rəna əməliyyat olunub. Lətafət hazırda...

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə "Baksol" yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.   ...

Yekaterinburqda işgəncələrə məruz qalan 2 azərbaycanlı xəstəxanadan buraxıldı

Yekaterinburqda iyunun 27-də saxlanılan zaman işgəncələrə məruz qalan Kamal Səfərov və Əziz Abbasov xəstəxanadan buraxılıblar.   Sfera.az xəbər ...

Yekaterinburqda Əhliman Gənciyevə belə zorakılıq edilib - TƏFƏRRÜAT

Yekaterinburqda həbs olunan Əhliman Gənciyevin vəkili jurnalistlərə açıqlamasında bildirib ki, onun müdafiə etdiyi şəxs saxlanılarkən və həbsdə zorakılığa məruz...