Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"


Emin Ağalarov: "Plyuşenko çempionlar yetişdirəcəyinə söz verib"

Azərbaycanın Xalq artisti, iş adamı və müğənni Emin Ağalarov Azərbaycanda fiqurlu konkisürmə idmanına marağı niyə yüksəltmək qərarına gəldiyini, bu səbəbdən buz sarayı və digər idman obyektləri tikməyə başladığını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə o, "RİA Novosti Sport"a danışıb.

 

Ağalarov ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko və həyat yoldaşı, prodüser Yana Rudkovskaya ilə dostluğu nəticəsində bu işə başladığını bildirib.

 

"Yana Rudkovskaya və Yevgeni Plyuşenko ilə tanışlığımdan və yaxın dostluğumdan sonra onlar məni hokkeyçilər və fiqurlu konkisürənlərin məşq etməsi üçün qurduqları buz meydançasına və arenalara dəvət etdilər.

 

Getdim, baxdım və xidmət səviyyəsinə, onların təmsil etdiyi konsepsiyaya çox təəccübləndim. Biz düşündük ki, Azərbaycanda da buna bənzər bir şey tikmək, bura tribunaları da əlavə etmək yaxşı olardı. Bu, orada təkcə beynəlxalq yarışların deyil, həm də Yananın iştirak etdiyi şouların keçirilməsinə imkan verəcək.

 

Yevgeni də öz növbəsində, real gələcək çempionlar yetişdirəcəyinə söz verdi. Mən onun bu işdə iştirakını çox istərdim. Bu, Azərbaycan və Rusiya arasında qarşılıqlı fəaliyyətin daha bir sahəsidir", - iş adamı qeyd edib.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...