Trampdan İranla bağlı açıqlama: "Fikirlərim var, amma.."

Trampdan İranla bağlı açıqlama: "Fikirlərim var, amma.."

ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatla bağlı qərarları məhdud sayda məsləhətçilərlə müzakirə edir. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir  ki, Tramp nüvə proqramı ilə bağlı hərbi addımlar barədə tənqidi təhlillər aparan kiçik bir qrupa güvənir.

 

Trampın əsas məsləhətçiləri arasında vitse-prezident J.D. Vens, dövlət katibi Marko Rubio, Ağ Ev aparat rəhbəri Syuzan Uayls, müavini Stiven Miller və xüsusi elçi Stiv Vitkoff var. O, İrana zərbəyə qarşı çıxan Milli Kəşfiyyat direktoru Tulsi Qabbardı və Pentaqon rəhbəri Pit Heqseti prosesdən uzaqlaşdırıb.

 

Eyni zamanda Tramp Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyni, CENTCOM-un rəhbəri Maykl Kurilla və MKİ direktoru Con Ratkliffin də fikirlərini dinləyir.

 

Mənbələr qeyd edir ki, Tramp xarici və hərbi siyasətdə rəsmi strukturlardan çox qeyri-rəsmi, çevik məsləhətləşmələrə üstünlük verir, bu isə bəzi hallarda rəsmilər üçün narahatlıqlarını bildirməyi çətinləşdirir.

 

Tramp Suriyaya qarşı sanksiyaların ləğvini də əvvəlcədən xəbərdarlıq etmədən elan etmişdi. İranla bağlı isə deyib:

 

"Fikirlərim var, amma hələlik heç bir qərar yoxdur”.

 

Fidan Hacızadə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...