"Amerikalılar İran-İsrail münaqişəsi ilə intensiv məşğul olurlar" - Peskov

"Amerikalılar İran-İsrail münaqişəsi ilə intensiv məşğul olurlar" - Peskov

“Rusiya və ABŞ arasında əvvəllər dayandırılmış dialoqlar artıq bərpa olunub və aktiv şəkildə fəaliyyət göstərir”.

 

Sfera.az “TASS”agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

O, Moskva və Vaşinqtonun münasibətlərdə addım-addım irəliləməyə hazır qalmasının hazırkı şəraitdə xüsusilə vacib olduğunu vurğulayıb.

 

“İki prezident arasında aparılan danışıqlar, əslində, yalnız aysberqin görünən hissəsidir. Bu danışıqların davamı olaraq, ABŞ Dövlət Departamenti ilə Rusiya Xarici İşlər Nazirliyi, prezidentlərin köməkçiləri, xüsusi nümayəndələr və digər qurumlar arasında da əlaqələr mövcuddur”, – deyə Peskov bildirib.

 

Onun sözlərinə görə, hazırda tərəflər arasında kifayət qədər intensiv iş aparılır:

 

“İstənilən nəticənin dərhal əldə olunması mümkün deyil. Əsas olan addım-addım  irəliləməyə hazır olmaqdır”.

 

Peskov, eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyi ilə ABŞ Dövlət Departamenti arasında bərpa olunmuş dialoqun qarşısında müəyyən çətinliklərin qaldığını da qeyd edib. O bildirib ki, amerikalılar danışıqların növbəti raundunun Moskvada keçirilməsini təxirə salmaq üçün müraciət ediblər.

 

“Onlar bunun üçün fasilə təklif etdilər. Görünür, bu zaman onlara lazımdır. Təbii ki, amerikalıların İran-İsrail münaqişəsinə dair məsələlərlə daha intensiv şəkildə məşğul olduqları açıq-aşkardır. Bu, onların İsrailə qeyd-şərtsiz dəstəyi fonunda başa düşüləndir”, – deyə Kremlin nümayəndəsi əlavə edib.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...