İran XİN-dən sərt bəyanat: "Çox gecdir, cənab..."

İran XİN-dən sərt bəyanat: "Çox gecdir, cənab..."

İran Xarici İşlər Nazirliyinin sözçüsü Əsəmail Baqai  “X” (keçmiş Twitter) sosial şəbəkəsində paylaşdığı bəyanatında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini sərt tənqid edib.

 

Sfera.az bildirir ki, İran XİN rəsmisi Qrossini nüvə silahının yayılmaması rejimini pozmaqda və İran əleyhinə əsassız müharibəyə şəriklikdə ittiham edib.

 

Qrossinin İranın nüvə silahı hazırlamaq yönündə sistemli səylərinə dair heç bir sübutlarının olmadığına dair bəyanatına Baqai belə cavab verib:


“Çox gecdir, cənab Qrossi. Siz bu həqiqəti öz qərəzli hesabatınızda gizlətdiniz. Həmin hesabat Fransa, Almaniya, Böyük Britaniya və ABŞ tərəfindən İranın “razılaşmaya əməl etməməsi” ilə bağlı əsassız qətnamə hazırlamaq üçün alətə çevrildi. Həmin qətnamə isə genosidçi və müharibəçi bir rejimin İrana qarşı aqressiv müharibə başlatması və sülhməramlı nüvə obyektlərimizə hücum etməsi üçün son bəhanə oldu”.

 

Baqai bildirib ki, bu proses nəticəsində günahsız iranlılar həlak olub və şikəst qalıb:

 

“Bu cinayətkar müharibə nəticəsində neçə günahsız iranlı ölüb və ya yaralanıb, bilirsinizmi? Bu, BMT rəhbərliyinə iddialı olan bir beynəlxalq məmur üçün testdirmi?
Cənab Qrossi, sizi xəbərdar edirik: yanlış və yönləndirilmiş narrativlərin ağır nəticələri olur və bunun üçün cavabdehlik tələb olunur".

 

Nazirlik rəsmisi həmçinin MAQATE rəhbərini ittiham edərək bildirib ki, Qrossi təşkilatı siyasi təzyiq alətinə çevirib:

 

“Siz nüvə silahının yayılmaması rejimini satqınlığa uğratdınız. MAQATE-ni bu ədalətsiz müharibəyə şərik etdiniz.
MAQATE-ni NPT üzvü olmayan rejimlərin əlində alətə çevirdiniz ki, onlar NPT üzvü olan ölkələri müqavilə üzrə 4-cü maddədəki haqlarından məhrum etsinlər.
Vicdanınız sakitdirmi?!”

 

İran MAQATE-ni uzun müddətdir qərəzli mövqe tutmaqda ittiham edir və nüvə proqramının tamamilə dinc məqsədlərlə aparıldığını bildirir.

 

Əlavə olaraq bu açıqlama, beynəlxalq arenada İranla bağlı gərginliyin artdığı və nüvə məsələsinin yenidən diqqət mərkəzinə gəldiyi bir vaxta təsadüf edir.

 

İnci

 


 

 


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...