ABŞ İrana hücum edəcək? - 2 gün sonra...

ABŞ İrana hücum edəcək? - 2 gün sonra...

ABŞ-nin yüksək səviyyəli rəsmiləri yaxın günlərdə İrana mümkün zərbə endirməyə hazırlaşır. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.Onların məlumatına görə, potensial hücum iyunun 21-22-də həyata keçirilə bilər, lakin planların dəyişməsi ehtimalı var. Eyni zamanda, ABŞ-nin bir neçə federal agentliyin yüksək səviyyəli rəhbərliyi də zərbəyə hazırlaşır.

 

 

Davam edən İran- İsrail hərbi qarşıdurması fonunda ən çox maraq yaradan sual ABŞ-nin ortaya qoyacağı ritorika ilə bağlıdır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Vaşinqtonun, doğrudan da, bir neçə variantı var. Ağ Evin bu alternativlərdən hansını seçəcəyini yaxın günlərdə görəcəyik.

 

 

Onun sözlərinə görə, İranın isə iki seçimi vardı:

 

“İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi, amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi. Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər. İndi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir”.


Siyasi şərhçi qeyd edib ki, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı, ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi, daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi. 

 

K.Novruzov vurğulayıb ki, proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq:

 

“Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi”. 

 

Mütəxəssisin fikrincə, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var:

 

“Digər tərəfdən, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də "B" variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək. Əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.

 

Müəyyən müddətdən sonra ABŞ-nin İsrailə açıq dəstək verməsi mümkündür. Amma Tramp əvvəlcə mümkün riskləri nəzərə almalıdır. Məsələ burasındadır ki, ABŞ-nin İsrailə dəstəyi Çinin də İrana hərbi yardımı ilə nəticələnəcək. Bu isə supergüclər arasında birbaşa hərbi toqquşmaya gətirib çıxara bilər. ABŞ buna hazırdırmı?”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...