ABŞ xalqı İrana hücumu dəstəkləyirmi? – Sorğu

ABŞ xalqı İrana hücumu dəstəkləyirmi? – Sorğu

ABŞ-nin “Wall Street Journal” (WSJ) nəşrinin keçirdiyi rəy sorğusuna əsasən, amerikalıların önəmli hissəsi ölkələrinin İrana qarşı mümkün hava hücumlarını dəstəkləmir. Sorğuda iştirak edən respondentlərin 45 faizi açıq şəkildə bu cür hərbi əməliyyatlara qarşı olduğunu bildirib.


1000 nəfərin iştirak etdiyi sorğuda iştirakçıların 30 faizi bu barədə qərarsız olduğunu, yalnız 25 faizi isə İrana qarşı hava zərbələrini dəstəklədiyini qeyd edib.


Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, sorğu nəticələri göstərib ki, Demokrat Partiyasını dəstəkləyənlərin üçdə ikisi İrana qarşı mümkün hava hücumlarına qarşı çıxır.

 

Respublikaçılar arasında isə bu məsələdə fikir ayrılığı var. Belə ki, respondent respublikaçıların 47 faizi zərbələri dəstəklədiyini, 24 faizi əleyhinə olduğunu, 29 faizi isə mövzu ilə bağlı fikir bildirmədiyini qeyd edib.


Rəy sorğusunda iştirak edən hər 10 nəfərdən 7-si İsrailin İrana qarşı həyata keçirdiyi son hücumlarla bağlı məlumata sahib olduğunu bildirib. Respondentlərin 39 faizi ABŞ-nin İranla genişmiqyaslı müharibəyə girəcəyindən ciddi şəkildə narahat olduqlarını qeyd edib. 43 faiz bu ehtimaldan qismən narahat olduğunu bildirib.


Eyni zamanda sorğu iştirakçılarının 70 faizi İranın nüvə proqramını ABŞ üçün potensial təhlükə kimi dəyərləndirib. Bu nəticələr ABŞ ictimaiyyətində İranla bağlı narahatlığın yüksək olduğunu ortaya qoyur.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...

Bu rayonda işıq kəsiləcək

Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Xudat Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 23.07.2025-ci il tarixində 35/10 kV-luq Seyidli...