Azərbaycan yeni çağırışlarla üz-üzədir - Enerji, miqrasiya, təhlükəsizlik...

Azərbaycan yeni çağırışlarla üz-üzədir - Enerji, miqrasiya, təhlükəsizlik...

Qərb mediasında yayılan məlumatlara əsasən, ABŞ-nin İrana qarşı hərbi zərbə endirməsi ehtimalları artmaqdadır. Artıq bu ehtimal real gündəmə çevrilib və Prezident Donald Trampın son bəyanatları bu ehtimalı daha da gücləndirir.


Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun fikrincə, ABŞ bu savaşa qoşularsa, ilk növbədə İranın yerin dərin qatlarında yerləşən “Fordo” kimi nüvə obyektləri hədəf alınacaq: 


“Bu tip obyektlərə zərbə endirmək üçün müvafiq texnologiyaya sahib olan nadir ölkələrdən biri ABŞ-dır. Əgər bu baş verərsə, qarşılıqlı zərbələrin mübadiləsi labüd olacaq. İran yalnız ABŞ-yə deyil, həm də onun regiondakı hərbi bazalarına və Körfəz ölkələrindəki obyektlərinə cavab hücumları həyata keçirə bilər”.

 

Qasımovun sözlərinə görə, belə qarşıdurma zamanı Hörmüz boğazının bağlanması ehtimalı yüksəkdir ki, bu da qlobal iqtisadiyyat üçün ciddi fəsadlar doğura bilər:

 

“Dünya üzrə istehlak olunan neftin 25%-dən çoxu bu regiondan təmin olunur. Hörmüz boğazının bağlanması enerji bazarında şok effekti yaradacaq və neftlə qazın qiymətində kəskin artım baş verəcək”.

 

 

Ekspert əlavə edib ki, Azərbaycan enerji ixracatçısı ölkə olaraq bu vəziyyətdən dolayı həm müsbət, həm də mənfi təsirlərlə qarşılaşa bilər:

 

“Neftin qiymətinin artması qısamüddətli dövrdə gəlirləri artıra bilər, lakin regionda sabitliyin pozulması, nəqliyyat marşrutlarının bağlanması və artan geosiyasi risklər investisiya mühitinə mənfi təsir göstərə bilər”.

 

O bildirib ki, müharibənin miqyasının genişlənməsi İran daxilində kütləvi miqrasiya axınına səbəb ola bilər. Onun sözlərinə görə, bu Azərbaycan üçün yeni humanitar və təhlükəsizlik çağırışları deməkdir:

 

“İran daxilində hərbi münaqişə qaçqın axınına səbəb ola bilər. Nəticədə Azərbaycan sərhədlərində yeni təhlükəsizlik riskləri yaranar, humanitar böhran ehtimalı güclənər. Cənub bölgəsində yerləşən strateji obyektlərin, xüsusilə enerji infrastrukturlarının qorunması prioritetə çevrilə bilər”.

 

Politoloq onu da qeyd edib ki, belə münaqişə Cənubi Azərbaycanda yaşayan milyonlarla soydaşımız üçün də mənfi təsirlərə yol aça bilər:

 

“Azərbaycan dövləti və ictimaiyyəti qarşıdurmanın tezliklə bitməsində və soydaşlarımızın zərər görməməsində maraqlıdır. İran daxilindəki etnik azlıqların, xüsusilə türklərin vəziyyəti diqqətlə izlənməlidir”.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...