"Yayda lazer epilyasiyası risklidir" - Mütəxəssisdən XƏBƏRDARLIQ

"Yayda lazer epilyasiyası risklidir" - Mütəxəssisdən XƏBƏRDARLIQ

İsti mövsümdə lazer epilyasiyasına maraq nəzərəçarpacaq dərəcədə artır. Lakin bu prosedurlar bəzən dəri yanığı, qıcıqlanma və ləkələnmə ilə nəticələnə bilər. 

 

Sfera.az bildirir ki, bu barədə “Gazeta.ru”ya dermatoveneroloq, trixoloq, N.N. Lobaçevski adına NQDU-nun Klinik Tədris Mərkəzinin assistenti Mariya Valuyeva məlumat verib.

 

Mütəxəssis bildirib ki, müasir diod lazerlər – xüsusilə 808 nm dalğa uzunluğuna malik olanlar hətta ən günəşli aylarda belə epilyasiya aparmağa imkan verir. Lakin prosedurun təhlükəsizliyini təmin etmək üçün bir sıra mühüm məhdudiyyətlər nəzərə alınmalıdır.

 

"Günəş şüalarına məruz qaldıqdan sonra dəridə melanin səviyyəsi artır. Lazer məhz bu piqmentə təsir göstərir. Əgər dəri artıq günəşlə təmasdadırsa, lazer yanığı və postinflamator piqmentasiya riski yüksəlir. Xüsusilə I–IV Fitzpatrik fototiplərinə malik şəxslər bu prosedura qarşı daha həssasdır", – deyə Valuyeva bildirib.

 

Onun sözlərinə görə, lazer epilyasiyası dəridə fotosensitivliyi artırır – yəni dəri günəşə qarşı daha müdafiəsiz olur. Hətta buludlu havada belə günəşdən qoruyucu SPF 50+ krem istifadə edilməzsə, yanıq ehtimalı yüksəkdir.

 

Nələrə diqqət edilməlidir?

 

Həkimin tövsiyələrinə əsasən, prosedurdan əvvəl və sonra ən azı 10–14 gün ərzində günəşlənmədən qaçmaq, retinoidlər, skrablar, turşu tərkibli vasitələr və pilinqlərdən istifadə etməmək vacibdir.

 

"Əgər dərinizdə təzə günəş yanıqları varsa (2 həftədən az keçibsə), bölgədə iltihab, fotodermatit müşahidə olunursa, fotosensibilizəedici dərmanlar qəbul edirsinizsə və ya hamiləlik dövründəsinizsə – epilyasiyanı müvəqqəti təxirə salmaq daha doğrudur", – deyə mütəxəssis əlavə edib.

 

Eyni zamanda Valuyeva lazer epilyasiyasına başlamazdan bir neçə həftə sonra dəniz və ya çimərlik planı olanlara da ehtiyatlı olmağı tövsiyə edir. Onun sözlərinə görə, ən ideal başlanğıc mövsümü yaz və payızdır. Yayda isə sadəcə dəstəkləyici seanslarla kifayətlənmək tövsiyə olunur.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...