Pavel Durov vəsiyyətini açıqladı

Pavel Durov vəsiyyətini açıqladı

"Telegram" messencerinin təsisçisi Pavel Durov işi ilə bağlı risklərlə əlaqədar bu yaxınlarda vəsiyyət tərtib etdiyini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, "Le Point" nəşrinə müsahibəsində deyib.

 

İş adamının sözlərinə görə, onun "yoxa çıxması" halında messencerin idarəçiliyini qeyri-kommersiya fondu öz üzərinə götürəcək.

 

Durov bildirib ki, vəsiyyətə əsasən, uşaqları "bu gündən başlayaraq 30 illik müddət bitənə qədər" sərvətinə çıxış əldə etməyəcəklər. Sahibkar vurğulayıb ki, onun üç qadından altı rəsmi övladı var, sperma donorluğu sayəsində 12 ölkədə 100-dən çox övladıdünyaya gəlib.

 

Durov əlavə edib ki, o, "Telegram"ın yeganə səhmdarı olaraq qalır və şirkətin 100%-nə sahibdir.

 

"Forbes" jurnalı onun sərvətini 17.1 milyard dollar məbləğində qiymətləndirir


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...