Bir fotoyla məşhurlaşan müəllim - "Mənə şər atırlar"

Bir fotoyla məşhurlaşan müəllim -

Son günlər sosial şəbəkə fenomeninə çevrilən Yardımlı rayon Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmov ölkə.az-ın suallarını cavablandırıb.

Sfera.az həmin müsahibəni təqdim edir:

- Nəcəf müəllim, yəqin, xəbəriniz var ki, sizin bir fotonuz sosial şəbəkələrdə, mətbuatda yaxşı mənada səs-küyə səbəb olub.

- Bəli, xəbərim var.

- İstərdim, özünüz haqda məlumat verəsiniz.

- 1969-cu ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olmuşam. 1986-87-ci illərdə hərbi xidmətdə olmuşam. 1991-ci ildə Nəsrəddin Tusi adına Pedaqoji Universitetə daxil olub, 1996-cı ildə oranı ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirmişəm. Bir müddət Ostayır kənd orta məktəbində işləmişəm, bir neçə ildir ki, Dəlləkli kənd orta məktəbində ibtidai sinif müəllimiyəm.

- Bu foto təsadüfən çəkilib, yoxsa hər gün o uşaqları məktəbə aparırsınız?

- Hazırda bizim kənddə bir metrə yaxın qar var. Bizim uşaqlar o qarda, yağışda məktəbə gedirlər. Evim məktəbə yaxındır. O uşaqlar kəndin aşağısından gəlirlər, bizim evin yanından hər gün onlara kömək edib məktəbə aparıram. Elə uşaq var ki, boyu balacadır, çantası ağırdır, çantasını götürürəm. İndi də kitabların sayı çoxdur.

- Fotonu kim çəkib?

- Fotonu məktəbimizin yaxınlığında yaşayan Sakit Ziyadov adlı şəxs çəkib, rayonda mədəniyyət evində işləyir. Şəkil çəkiləndə xəbərim olmayıb, internetə yerləşdiriləndən sonra xəbər tutmuşam. Məktəbimiz kəndin yuxarı başında yerləşir deyə, şagirdlər də bizim evin yanından keçirlər.

- Etiraf edək ki, son illər müəllim adı, müəllim nüfuzu xeyli aşağı düşüb. Sizcə, burada təqsir müəllimlərdədirmi?

- Hər kəs nüfuz da qazana, səviyyəni yuxarı qaldıra, yaxud aşağı sala bilər. İndi mənim də əlimdən bu gəlir, eləmişəm. Eşidirəm ki, bəzi saytlar xoşagəlməz şeylər yazırlar. Yazırlar ki, onlar müəllimin öz uşaqlarıdır, müəllim o uşaqlardan pul alır. Mənim öz övladlarım böyükdürlər. Pul alır demək də şər atmaqdır, böhtandır. İnsanların hamısı eyni səviyyədə deyil ki.

- Başqa bir formada şagirdlərinizə köməyiniz dəyirmi?

- Əslində, bu haqda danışmaq istəməzdim. Amma soruşdunuzsa, deyim. Şagird var ki, dəftəri yoxdur, dəftər alıb verirəm, qələmi olmayana qələm alıram. Bu mənim insanlıq borcumdur.

- Əmək haqqınız nə qədərdir?

- Həftədə 24 saat dərsim var.

- Təxminən 300 manat civarında.

- Bəli.

- O şəkil sosial şəbəkələrdə yayılandan sonra sizinlə əlaqə saxlayan oldu?

- Tələbə yoldaşlarımdan, kənd camaatından, rayon camaatından zənglər gəldi, xoş sözlər dedilər.



OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...