İran tətikdə: Qaz və işıq bahalaşacaq?

İran tətikdə: Qaz və işıq bahalaşacaq?

İsrailin İrana hücumlarından sonra qlobal neft və LNG ticarətinin təxminən üçdə birini təşkil edən Hörmüz boğazı ilə bağlı narahatlıqlar artıb.

 

İran daha əvvəl gərginlik zamanı Boğazı bağlaya biləcəyini bildirmişdi, lakin bu hələ baş verməyib. Neft və LNG tədarükünün kəsilməsi ilə bağlı narahatlıqlar neft və təbii qaz qiymətlərini yüksəlməyə yönəldir.

 

Hörmüz boğazı bağlana bilərmi, bağlansa enerji qiymətləri arta bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, axırıncı statistik məlumatlara görə, dünya bazarının 20 faizini neft və 30 faizini sıxılmış qaz ixracı Hörmüz boğazından keçir.

 

 

Onun sözlərinə görə, İran-İsrail münaqişəsi uzanarsa, ssenarilərdə müxtəlif şaxələnmələr baş verər və digər ölkələr də müdaxilə edərsə, İran Hörmüz boğazından keçiddə müəyyən problemlər yaradacaq. Məhsulun bazara daxil olması zəncirində problemlər yaranması bahalaşma seqmentində təsir edəcək. Bu baxımdan, qiymətlərin artması proqnozu çoxdur:

 

“Problem həll olmasa belə, təhlükənin yaranması bahalaşmaya şərait yaradır. Ona görə bir çox ekspertlər neft və sıxılmış qazın qiymətində artımı proqnozlaşdırırlar.  Bu gün qiymətəmələgəlmə prosesi elektron ticarət platformalarında formalaşır. Qiymətin formalaşmasında bir alət də spekulativ yaşanmadır,  hansı ki, heç bir göstərici, məntiq və hazırkı vəziyyət nəzərə alınmadan əks istiqamətdə hərəkət edə bilir. Bütün bunları nəzərə alsaq, bazarda böyük volatillik baş verə bilər. İmpulsiv enişlər və ya bahalaşmalar görə bilərik. Ümid edək ki, bu baş verməsin. Nəzəri klassik yanaşma ilə münasibət bildirsək, Hörmüz boğazındakı hər hansısa məhdudiyyət bahalaşmağa şərait yaratmalıdır”. 

 

Qeyd edək ki, Fars körfəzinin ağzında dar su yolu olan Hörmüz boğazı Yaxın Şərqdəki neft və LNG hasilatını Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına birləşdirir.

 

Hörmüz boğazı qlobal neft ticarətinin təxminən üçdə birinin həyata keçirildiyi kritik dəniz yolu kimi seçilir. Yaxın Şərqdəki neft istehsalçıları tərəfindən təmin edilən 17-20 milyon barel xam neft və kondensat Hörmüz boğazı vasitəsilə qlobal bazarlara göndərilir.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tovuzda dönərdən zəhərlənən şəxslərin yaxınları baş verənləri DANIŞDI - VİDEO

Tovuzda baş vermiş zəhərlənmə hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az  Xəzər TV-yə istinadla xəbər verir ki, zərərçəkənlərin yaxınlar...

Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb

Prodüser Təranə Səmədova həbsxanadan Lalə Azərtaşa məktub yazıb.   Sfera.az xəbər verir ki, aparıcı məktubu efirdə oxuyub.   Təranə məktub...

Vüsal Murtuzəliyev reanimasiyaya yerləşdirilməsindən yazdı

Şükür, mənim üçün də bu ağır günlərin sonu xeyirlə başa çatdı. Artıq yavaş-yavaş bərpa oluram. Həkimin tövsiyəsiylə telefondan, internetdən bir müddət maksimum ...

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...