Xameneidən Trampa CAVAB: "Bərpası olmayacaq..."

Xameneidən Trampa CAVAB: "Bərpası olmayacaq..."

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-yə sərt xəbərdarlıq edib.

 

Sfera.az bu barədə xarici mediaya istinadən xəbər verir. 

 

O bildirib ki, ABŞ İsraillə birlikdə Tehrana qarşı hər hansı təcavüzkar addım atacağı təqdirdə, “bərpası mümkün olmayan ziyan”la üzləşəcək. 

 

“İrana, xalqına və tarixinə bələd olan müdrik insanlar bu ölkə ilə heç vaxt təhdid dilini işlətməzlər, çünki İran xalqı heç vaxt təslim olmayacaq. Amerikalılar bilməlidirlər ki, hər hansı hərbi müdaxilə nəticəsində ABŞ, şübhəsiz ki, bərpası mümkün olmayan ziyana uğrayacaq”, – deyə Xamenei xalqa müraciətində bildirib.

 

Ayətullah Xameneinin bu sərt çıxışı ABŞ Prezidenti Donald Trampın daha əvvəl Tehranı “şərtsiz təslim olmağa” çağıran açıqlamalarına cavab kimi qiymətləndirilir. İranın ali liderinin mətbuat xidməti Trampın bəyanatlarını “gülünc ifadələr” kimi təqdim edib.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...