1 qramını 27 milyon dollara sata bilərsiniz...

1 qramını 27 milyon dollara sata bilərsiniz...

Elm aləminin ən bahalı "incisi" sayılan Kaliforniyum elementi qiyməti ilə baş gicəlləndirir.

 

Sfera.az bildirir ki, 1 qramının qiyməti təxminən 27 milyon ABŞ dolları olan bu maddə, həm nadirliyi, həm də istifadə sahələri ilə dünyanın diqqətini cəlb edir. Belə ki, Kaliforniyum ilk dəfə 1950-ci ildə ABŞ-nin Kaliforniya Universitetində kəşf edilib və adını da məhz bu ştatdan alıb.

 

Süni şəkildə laboratoriyada hazırlanır və təbiətdə demək olar ki, rast gəlinmir. Bu səbəbdən də onun istehsalı son dərəcə çətin və bahalıdır. Hazırda dünyada cəmi bir neçə ölkə bu elementi çox məhdud miqdarda istehsal edə bilir.

 

1 qramı bir neçə “Ferrari”yə bərabər olan Kaliforniyum əsasən nüvə sənayesində, xüsusilə də nüvə reaktorlarında və geoloji tədqiqatlarda neytron mənbəyi kimi istifadə olunur. Kaliforniyum 252 izotopu yüksək səviyyədə neytron şüalanması verdiyinə görə, dərin yeraltı təbəqələrin tədqiqi və bəzi sənaye avadanlıqlarının yoxlanması üçün ideal hesab olunur.

 

Eyni zamanda, tibbdə, o cümlədən xərçəng hüceyrələrinin müəyyənləşdirilməsində də potensialı araşdırılır. Bu qədər yüksək qiymətə sahib olması isə təsadüfi deyil. Kaliforniyum yalnız xüsusi nüvə reaktorlarında və mürəkkəb texnoloji proseslər nəticəsində əldə olunur. Bir neçə milliqramının belə hazırlanması aylarla vaxt aparır və milyonlarla dollara başa gəlir.

 

Dünyada bu elementi almaq istəyənlər yalnız elmi mərkəzlər və dövlət səviyyəli nüvə tədqiqat qurumlarıdır. Məhz bu səbəbdən Kaliforniyum həm strateji, həm də elmi baxımdan çox ciddi nəzarət altında saxlanılır. Beləliklə, Kaliforniyum təkcə qiyməti ilə deyil, həm də daşıdığı elmi əhəmiyyət və nadirliyi ilə dünyanın ən sirli və bahalı maddələrindən biri olaraq qalır.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qusmandan Əliyevə TƏKLİF

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans k...

Azərbaycanda 7 130 məzun fərqlənmə attestatı alıb

2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 072 nəfər məzun adi attestat, 7 130 nəfər isə fərqlənmə attestatı alıb.   Sfera.az x...

Süni intellektlə 500 mindən çox izləyici qazandılar

Yeni rok qrupu “The Velvet Sundown” cəmi iki həftə ərzində “Spotify”da 500 mindən çox aylıq dinləyici qazanıb və bir ayda iki albom bura...

Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən media mənsubları üçün “Mediada rəqabət&...

Zaur Nəbioğlu verilişində tanınmış aktyorun nəvəsinə iş verdi

  ATV telekanalında yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.   Sfera.az xəbər verir ki, veriliş zamanı "...

Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı

Azərbaycana gizli yolla külli miqdarda kərə yağı və püstə gətirən şəxs yaxalanıb.   Sfera.az “oxu.az”a istinadən xəbər verir ki, had...