İran hökumətindən xəbərdarlıq: ““WhatsApp”ı silin”

İran hökumətindən xəbərdarlıq: ““WhatsApp”ı silin”

İran hökuməti ölkə vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, dünyada ən çox istifadə olunan mesajlaşma platformalarından biri olan “WhatsApp”ın telefonlardan silinməsini tövsiyə edib. Rəsmi açıqlamada tətbiqin etibarsız olduğu və istifadəçi məlumatlarını İsrail institutlarına ötürdüyü iddia olunur.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İran Radio və Televiziya Qurumu (İRİB) vasitəsilə yayımlanan açıqlamada qeyd olunur ki, “WhatsApp”, “Telegram” və digər yer müəyyən edən tətbiqlər vasitəsilə istifadəçilərin hərəkətləri izlənilə bilər. Buna görə də vətəndaşlara bu cür proqramlardan uzaq durmaq tövsiyə olunur.


Bu gərgin fonda İran rəsmiləri kiberhücumların artdığını, xüsusilə İranlı alimlərə və yüksək rütbəli hərbçilərə qarşı həyata keçirilən sui-qəsdlərdə mobil telefon izləmələrinin istifadə edildiyini bildiriblər.


Rəsmilər eyni zamanda başqa xəbərdarlıqlar da ediblər:


“Xüsusilə ictimai yerlərə gedərkən və ya böyük insan kütləsi ilə bir yerdə olarkən mobil telefonlar evdə saxlanmalıdır. Həssas dövlət qurumlarında çalışan şəxslər isə yalnız təhlükəsiz rabitə vasitələrindən istifadə etməli, etibarsız tətbiqlərdən uzaq durmalıdır”.


İran hökumətinin bu xəbərdarlığı, ölkədə rəqəmsal təhlükəsizlik məsələlərinin artıq milli təhlükəsizlik səviyyəsində qiymətləndirildiyini göstərir.

 


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....

İmtahan nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan...