Azərbaycanda bu universitetlər “İmpact Ranking 2025”-ə düşdü

Azərbaycanda bu universitetlər “İmpact Ranking 2025”-ə düşdü

“Times Higher Education” (THE) tərəfindən “İmpact Ranking 2025” nəticələri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, 2526 universitetin olduğu siyahıda 25 Azərbaycan universiteti təmsil olunub, bu da ötən illə müqayisədə 8 yer çox deməkdir.

 

İlk dəfə reytinqlərə düşən Azərbaycan universitetləri aşağıdakılardır:

 

Bakı Ali Neft Məktəbi (801–1000), Azərbaycan Dövlət Aqrar Universiteti (1001-1500), Lənkəran Dövlət Universiteti (1001-1500),  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (1500+),  Bakı Musiqi Akademiyası (1500+), Mingəçevir Dövlət Universiteti (1500+),  Bakı Slavyan Universiteti (1500+),  Azərbaycan Texnologiya Universiteti (1500+).

 

Bunlardan başqa, Bakı Dövlət Universiteti və Xəzər Universiteti 401-600, Azərbaycan Dövlət İqtisad Universiteti 801–1000, Azərbaycan Tibb Universiteti və Qərbi Kaspi Universiteti 1001-1500, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Gəncə Dövlət Universiteti isə (1500+) yerlər arasında qərarlaşıb.

 

Qeyd edək ki, bəzi Universitetlər irəli pilləyə yüksəlsə də, bəziləri geriləyib. Belə ki, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti ötən il 601–800 yerlərdə qərarlaşıb. 1001–1500 sıralarda isə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti yer almışdı.

 

Ümumilikdə ilk 10 yer belədir: 1. Qərbi Sidney Universiteti - Avstraliya 2. Mançester Universiteti - Böyük Britaniya 3. Kyungpook Milli Universiteti (KNU) - Cənubi Koreya 4. Qriffit Universiteti - Avstraliya 5.Tasmaniya Universiteti – Avstraliya 6. Arizona Dövlət Universiteti (Tempe) - Amerika Birləşmiş Ştatları  7. Kraliça Universiteti - Kanada 8. Alberta Universiteti – Kanada  9. Aalborq Universiteti – Danimarka 10. Airlangga Universiteti - İndoneziya.

 

Firuzə Əliyeva

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....