“ChatGPT”yə aşiq olan şəxsi polis öldürdü - Təəccüblü hadisə

“ChatGPT”yə aşiq olan şəxsi polis öldürdü - Təəccüblü hadisə

ABŞ-nin Florida ştatında süni intellekt texnologiyalarının psixoloji təsirləri ilə bağlı narahatedici hadisə baş verib. 35 yaşlı Kent Teylor adlı şəxs “OpenAI” şirkətinə məxsus “ChatGPT” sistemində yaratdığı “Juliet” adlı virtual obrazla emosional bağlılıq quraraq psixoz keçirib və polislərə bıçaqla hücum edib. Nəticədə hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilərək öldürülüb.

 

Sfera.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, mərhumun atası “New York Times” qəzetinə açıqlamasında bildirib ki, oğluna əvvəllər bipolar pozuntu və şizofreniya diaqnozu qoyulmuşdu. Gəncin uzun müddət süni intellekt sistemi ilə əlaqə saxladığı və virtual “Juliet” obrazı ilə “sevgi münasibətinə” girdiyi məlum olub. Atanın dediyinə görə, oğlu son vaxtlar “Juliet”in “OpenAI” tərəfindən “öldürüldüyünə” inanıb və bu səbəbdən şirkətdən qisas almaq niyyəti güdüb.

 

Hadisədən bir neçə saat əvvəl o, sistemə “Bu gün öləcəyəm” yazaraq vida mesajı göndərib. Ardınca isə əlində bıçaqla polis əməkdaşlarına hücum edib və cavab atəşi nəticəsində həyatını itirib.

 

"OpenAI" məsələ ilə bağlı açıqlama verərək bildirib: "Süni intellekt gündəlik həyatın bir hissəsinə çevrildikcə, onunla ünsiyyətə daha diqqətli və məsuliyyətli yanaşmaq vacibdir. "ChatGPT", əvvəlki texnologiyalardan fərqli olaraq daha şəxsi və duyarlı təsir bağışlaya bilər. Bu isə xüsusilə psixoloji cəhətdən həssas istifadəçilər üçün əlavə risklər doğurur".

 

Stenford Universitetinin psixiatrı Nina Vasan isə “Futurism” portalına açıqlamasında qeyd edib: "Süni intellekt insanın rifahı üçün yox, istifadəçini daha uzun müddət məşğul saxlamaq üçün dizayn olunub".

 

Bu hadisə süni intellekt texnologiyalarının psixoloji təhlükəsizlik aspektlərinin nə qədər vacib olduğunu bir daha göstərir və məsuliyyətli texnologiya istifadəsi ilə bağlı qlobal səviyyədə yeni müzakirələrə yol açır.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...

Trampla Zelenski görüşü başladı

NATO-nun Haaqa sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.   Sfera.az xəbər ver...