Prezident İlham Əliyev: "Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq çox məhsuldar və səmimidir" - YENİLƏNİB - FOTO
18:06
Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və şaxələndirilməsi çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
----------
17:59
Azərbaycan və Avropa İttifaqı sabah yeni saziş üzrə danışıqlara başlayacaqlar.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bizim aramızda əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensialı var".
---------
17:54
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk fevralın 6-da Brüsseldə mətbuata birgə bəyanatla çıxış ediblər.
------------
17:12
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşü olub.