Yay gəldi, dərd gəldi - Dəri problemlərindən necə qorunaq?

Yay gəldi, dərd gəldi - Dəri problemlərindən necə qorunaq?

Yay aylarının başlaması ilə birlikdə havaların isinməsi və günəşli günlərin artması insan sağlamlığına, xüsusilə də dərinin vəziyyətinə birbaşa təsir göstərir. Uzun müddət günəş şüalarına məruz qalmaq dəri yanığına, ləkələrin yaranmasına, dərinin vaxtından əvvəl qocalmasına və hətta bəzi hallarda dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. 

 


Bu aylarda insanlar dəri xəstəliklərindən və ya şüadan qorunmaq üçün hansı tədbirlər görə bilər?

 


Bununla bağlı Sfera.az-a açıqlama verən dermatoloq Tünzalə Əzizli yay aylarında insanların xüsusilə günəşin zərərli təsirlərindən qorunmağa diqqət yetirməli olduqlarını bildirib.

 

 

Dermatoloq günəşdən qoruyucu kremlərdən istifadənin əhəmiyyətli olduğunu və bunun düzgün şəkildə tətbiqinin vacibliyini vurğulayıb. 

 

O qeyd edib ki, günəşə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl qoruyucu krem çəkilməli və əgər açıq havada uzun müddət qalınacaqsa, həmin məhsul hər 2-3 saatdan bir təzələnməlidir:

 

“Bundan əlavə, günəş şüalarından qorunmaq üçün müvafiq geyimlərdən istifadə etmək tövsiyə olunur-məsələn, gün eynəkləri, papaq, şlyapa və ya uzunqollu yüngül parçadan hazırlanmış paltarlar. Xüsusilə günəşə qarşı həssas dərisi olan insanlar bu tədbirlərə daha çox önəm verməlidirlər”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...

"Sevgi ağlını başından alandır" - Vüsalənin həyatında kim var? - FOTO

Aparıcı Vüsalə Əlizadənin paylaşımı ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, sosial media hesabından fotolarını ya...

NATO-nun növbəti sammiti Türkiyədə olacaq

NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə alyans ölkələrinin liderlərinin yekun bəyanatında b...

Naxçıvanda toy karvanında avtoxuliqanlıq edən sürücülər SAXLANILDI

  Naxçıvan şəhərində ictimai qaydanın pozulması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətləri edən 75-BG-750 və 77-DL-088 dövlət qeydiyyat nişanlı iki ...

Azərbaycanda 2700-dən çox vəkil fəaliyyət göstərəcək - FOTOLAR

2025-ci il iyunun 25-də "Badamdar" mehmanxanasında "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyas...