"Məktəblərdə seksual sağlamlıq təhsili olmalıdır" – Kamran Əsədov

"Məktəblərdə seksual sağlamlıq təhsili olmalıdır" – Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirir ki, hazırda Azərbaycanda nə məktəblərdə, nə də universitetlərdə seksual sağlamlıq təhsili ayrıca fənn və ya sistemli şəkildə tədris edilmir. Bu mövzuya dair məlumatlar yalnız biologiya və “Həyat bilgisi” dərslərində səthi şəkildə verilir, lakin bu məlumatlar çox zaman ya ötürülür, ya da müəllim və şagirdlər arasında açıq ünsiyyətin olmaması səbəbindən effektsiz qalır.

 

Sfera.az-a verdiyi açıqlamada ekspert vurğulayır ki, cinsiyyət, reproduktiv sağlamlıq, şəxsi sərhədlər, razılıq anlayışı, məişət zorakılığı və gender bərabərliyi kimi vacib mövzular ya ümumiyyətlə təhsil sistemində yer almır, ya da çox zəif şəkildə təqdim olunur. Universitetlərdə isə bu məsələlər yalnız tibb fakültələrində, o da əsasən tibbi-bioloji aspektdən tədris edilir.

 

BMT-nin Əhali Fondu (UNFPA) və UNICEF-in məlumatlarına əsasən, Cənubi Qafqazda gənclərin 67%-i seksual sağlamlıqla bağlı məlumatları əsasən internet və ya yaşıdları vasitəsilə əldə edir. Ekspertə görə, bu, yanlış anlayışlara, qorunmasız davranışlara və erkən yaşda cinsi istismara yol açır.

 

 

K.Əsədov hesab edir ki, ibtidai siniflər istisna olmaqla, orta məktəbdən etibarən yaşa uyğun şəkildə mərhələli seksual sağlamlıq təhsili verilməsi uşaqların qorunmasına xidmət edir. Onun sözlərinə görə, bu istiqamətdə Niderland və İsveç kimi ölkələrdə tətbiq olunan modellər müsbət nəticə verib – həmin ölkələrdə yeniyetmə hamiləliyi və cinsi yolla keçən infeksiyaların səviyyəsi dünyanın ən aşağı göstəricilərindəndir.

 

Əsədov qeyd edir ki, seksual sağlamlıq təhsili yalnız cinsi əlaqə ilə məhdudlaşmamalı, bədən haqqında biliklər, şəxsi sərhədlər, razılıq prinsipi, zorakılığın formaları və emosional rifahın inkişafı kimi mövzuları da əhatə etməlidir. “Bu cür biliklər uşaqların istismardan qorunmasına, sağlam münasibətlər qurmasına və özlərinə hörmət etmələrinə yardım edir. ABŞ və Kanadada bu təhsil “comprehensive sexuality education” adlanır və həm hüquqi, həm də psixoloji aspektləri əhatə edir,” – deyə ekspert əlavə edib.

 

Mütəxəssis hesab edir ki, Azərbaycanda da belə bir təhsil tətbiq olunarsa, o, dini və əxlaqi dəyərlərlə ziddiyyət təşkil etmədən, elmi əsaslı, psixoloji baxımdan dəstəkləyici və milli dəyərləri nəzərə alan şəkildə həyata keçirilməlidir. Eyni zamanda müəllimlərin bu sahədə xüsusi hazırlığı və uyğun tədris materialları təmin olunmalıdır.

 

Əsədov xəbərdarlıq edir ki, belə bir təhsilin olmaması ciddi sosial fəsadlara səbəb olur: erkən nikah, uşaqlara qarşı zorakılıq, cinsi istismar və yeniyetmələrin psixoloji travmaları bu boşluğun nəticəsidir. O bildirir ki, seksual sağlamlıq təhsili gecikdirilmədən, mütəxəssislərin iştirakı ilə milli kontekstə uyğun şəkildə hazırlanmalıdır.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....