Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş tükənir. Foto və videoları silmək isə arzulanan deyil, çünki bunlar qiymətli xatirələrdir.

 

Sfera.az şəkilləri və videoları silmədən yaddaşı boşaltmaq üçün sadə, amma effektiv üsullar təqdim edir:

 

Tətbiq və brauzerlərin keşini təmizlə

 

Mobil proqramlar və brauzerlər zamanla çoxlu lazımsız fayl yığır. Onları təmizləmək cihazın sürətini artırır və yaddaşda yer boşaldır. Bu proses telefonun əsas məlumatlarına təsir etmir.

 

Təkrarlanan faylları və yükləmələri sil

 

Çox zaman eyni faylı bir neçə dəfə yadda saxladığımızın fərqinə varmırıq. Telefonun "Yaddaş" və ya "Fayllar" bölməsində bunları asanlıqla aşkar edib silmək mümkündür.

 

"Zibil qutusu"nu yoxla və boşalt

 

Silinmiş sənədlər və şəkillər "Zibil qutusu"nda müəyyən müddət saxlanılır və yaddaşın dolmasına səbəb olur. Bu bölməni mütəmadi olaraq boşaltmaq tövsiyə olunur.

 

İstifadə olunmayan tətbiqləri sil

 

Bir çox istifadəçi "birdən lazım olar" deyə tətbiqlər yükləyir, lakin onlardan heç vaxt istifadə etmir. Xüsusilə köhnə oyunlar, filmlər və ya seriallar yaddaşı ciddi dərəcədə doldura bilər.

 

Avtomatik yaddaş təmizləmədən istifadə et

 

"iOS"da "Yaddaş İdarəsi", "Android"də isə "Telefon Meneceri" bölməsində avtomatik təmizləmə funksiyası mövcuddur. Bu funksiya lazımsız faylları toplayır, lakin son silinmə əməliyyatı istifadəçinin təsdiqindən sonra baş tutur. Faylları diqqətlə nəzərdən keçirdikdən sonra silməyə qərar verə bilərsiniz. (Oxu)


OXŞAR XƏBƏRLƏR

Tarkandan üzr istəyəcək

İllərdir MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkən türkiyəli müğənni Sərdar Ortaç həmkarı Tarkand...

Ronaldonun komandası daha bir portuqaliyalı ilə anlaşdı

"Əl-Nəsr" "Çelsi"nin 25 yaşlı hücumçusu Joao Feliksin transferi ilə bağlı razılığa gəlib. Sfera.az xəbər verir ki, bu barədə jurnalist ...

Yevlaxda mübahisə qətl ilə nəticələnib

Yevlax şəhərində iki nəfər arasında baş verən mübahisə qanlı sonluqla nəticələnib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhər ər...

Sumqayıtda 2 nəfər dənizdə batdı - Biri digərinə kömək etmək istəyib

Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil zolağında faciəvi hadisə baş verib.   Sfera.az xəbər verir ki, 16 yaşlı iki yeniyetmə də...

Donetsk və Sumı atəşə tutuldu: 4 ölü, 7 yaralı var

Rusiya hərbçiləri Ukraynanın Sumı vilayətinin şəhər və kəndlərini təxminən 70 dəfə, Donetsk vilayətinin yaşayış məntəqələrini isə 19 dəfə atəşə tutublar. &nb...

Türkiyəyə qaçaqmalçılıq yolu ilə gətirilən 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib

Türkiyə Ticarət Nazirliyi tərəfindən İstanbulun Sabiha Gökçen Hava Limanında həyata keçirilən əməliyyatlarda 132 ədəd "Labubu" oyuncağı ələ keçirilib....