Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir.

 

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

 

 

Həmçinin oxuyun:

 

Pensiya alanların diqqətinə: gələn aydan… – Artım

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-ci ildən ardıcıl olaraq icra olunan, 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüd artımları da həyata keçirilib.

 

Artımların əsasən şamil olunduğu kateqoriyalar da şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, ailə başçısını itirən ailələr və digər həssas qruplardır. Bu kateqoriyalara yönələn sosial ödənişlərdə hər bir sosial islahat paketi üzrə artımların edilməsi, son illər həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.

 

Nazir vurğulayıb ki, müavinət və təqaüdlərində yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artımla alacaqlar


OXŞAR XƏBƏRLƏR

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...

"Bank of Baku"nun süni intellekt dəstəkliBOBAI xidməti istifadəyə verildi

"Bank of Baku" tam rəqəsallaşma strategiyası çərçivəsində daha bir yeniliyini təqdim edib.   Bankın və "Bolkart"ın rəsmi veb-səhi...

Səbinə Salmanova vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin böyük laborantı Səbinə Salmanova vəfat edib.   Sfera.az xəbər verir ki, b...

Suraxanıda 2 mərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.   Sfera.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan i...

Qurbanqulu Berdiməhəmmədovu Füzulidə İlham Əliyev qarşıladı - FOTO

Azərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Füzuli rayonuna gəlib.   Sfera.az xəbər v...

Qubernator Trampı məhkəməyə verəcək - Mübahisə bu məsələyə görə yaranıb

ABŞ Prezidenti Donald Tramp Kaliforniya ştatında illərdir davam edən sürətli qatar layihəsinin dayandırıldığını elan edib. O, layihəni “faydasız, həddində...