Turan yeni vəzifəsindən danışdı: "Tapşırıqlar verilib"
ATV-də yeni yaradılan "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamentnin rəhbəri Turan İbrahimov yeni ştatın zərurətdən ortaya çıxdığını bildirib.
Sfera.az xəbər verir ki, azvision.az-a danışan aparıcı bildirib ki, istər ATV kanalı, istər 106 və 106.3 FM radioları, həm də birbaşa informasiya istehsalçılarıdır.
"ATV kanalının hazırladığı istər şou, istər sosial, istərsə də ictimai-siyasi tərkibli verilişlər - hamısı nəticə etibarı ilə ictimai rəyin formalaşmasında iştirak edir. Biz bu sektorda əsas pay sahibiyik. "Azad Azərbaycan" teleradioyayım kompaniyası, konkret ATV-nin reytinqləri çox yüksəkdir. Bu da bizim uğurumuzdur. Kanalın rəhbəri, prezidentimiz Vüqar Qaradağlı belə qərara gəldi ki, bütün bu informasiya mühitini formalaşdıran ATV-daxili məhsullarını koordinasiya edən qurum formalaşsın. Bu da yaradılan "İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr" departamenti oldu. Qarşımızda qoyulan tapşırıq belədir ki, kanalın ümumi imici qorunsun, həmçinin bundan sonra istehsal ediləcək və hal-hazırda yayımlanan digər tərkibli verilişlərin hamısının ümumi axarında ictimai maraqlar və ictimai məsuliyyətlilik qorunsun, nəzarət edilsin. Həm də yeni departament ATV kanalının ictimaiyyətlə əlaqələr üzrə effektiv münasibətlər qurması üçün də fəaliyyət göstərəcək".