ABŞ İsrailə bomba ötürmək istəyir - İranın cavabı nə olacaq?

ABŞ İsrailə bomba ötürmək istəyir - İranın cavabı nə olacaq?

ABŞ administrasiyası Tehranın nüvə proqramı üzrə danışıqlarda İran hakimiyyətinə təzyiq rıçaqı kimi bunker əleyhinə bombalarının İsrailə ötürülməsi imkanını nəzərdən keçirir və növbəti raund bu həftə baş tuta bilər. 

 

İsrail bu silahlardan istifadə edərsə, bölgədəki vəziyyət necə dəyişər? ABŞ-nin bu hərəkəti İrana diplomatik təzyiq vasitəsi hesab oluna bilərmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu Tehranın nüvə proqramı ilə bağlı ABŞ-nin mövqeyinin qəti olduğunu deyib. O bildirib ki, bununla bağlı Donald Tramp dəfələrlə bəyan edib ki İranın nüvə silahı hazırlamasına imkan verməyəcək:

 

 

“Ancaq artıq proseslər elə bir mərhələyə gəlib çatıb ki, təzyiq kimi xarakterizə edə biləcəyimiz mövqelər “isti müharibə” mərhələsinə qədəm qoyub. Bu vəziyyəti tammiqyaslı müharibə kimi xarakterizə edə bilmərik. Hazırda İsrail və İran arasında qismi müharibə həyata keçirilir. Lakin İsrailin də məqsədi nüvə obyektlərini zərərsizləşdirmək, Tehranı uranı zənginləşdirməkdən, nüvə silahı əldə etməkdən çəkindirmək və bununla ona təzyiq göstərməkdir”.

 

H.Babaoğlu hadisələrin asanlıqla öz məntiqi nəticəsinə gəlməyəcəyini vurğulayıb. Deputat qeyd edib ki, bu prosesdə hansısa tərəfin üstünlük qazanması lazımdır: 


“Yəni bu üstünlük kimdə olacaqsa, digər tərəf onun şərtlərini qəbul etməyə məcbur qalacaq. Əgər proseslər bu cür davam etsə, qarşıdurma artıq İran və İsrail çərçivəsindən çıxaraq daha geniş miqyas alacaq. ABŞ Prezidentinin Kanadada keçirilən yüksək səviyyəli görüşü yarımçıq tərk etməsi və kabinet üzvlərindən biri ilə təcili müşavirə keçirməsi də bu gərginliyin ciddiliyindən xəbər verir”.


Millət vəkili İranın nüvə kompleksinin xüsusən, Fordo kimi uranın zənginləşdirildiyi obyektlərin dağıdılması məsələsinin hazırda hərbi sənayenin məhsullarının imkanları xaricində göründüyünü vurğulayıb:


“Çünki ABŞ-nin ən ağır dağıdıcı bombalarının beton sipərləri dəlib keçmək üçün nəzərdə tutulan silahlara nüfuzetmə gücü məhduddur. Bu bombaların 50–60, bəzən 100 metr dərinliyə qədər nüfuz etdiyi bildirilir, amma biz bilirik ki, İranın nüvə sənayesinə aid obyektlər hündür dağların altında yerləşir. Bu dağlar isə 500–600 metr hündürlüyündədir və onların daxili geoloji strukturu, xüsusilə də 80 metrlik qatı tamamilə bərk süxurlardan ibarətdir. Yəni belə obyektləri dağıtmaq asan məsələ deyil, lakin görünür ki, alternativ yollar axtarılır. Nəticə etibarilə, bütün bu proseslər ona hesablanıb ki, İran nüvə silahı əldə edə bilməsin”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....