Ruhun da çəkisi var imiş...

Ruhun da çəkisi var imiş...

XX əsrdə amerikalı həkim Duncan MakDougall tərəfindən aparılmış qeyri-adi təcrübə bir əsrdən çox keçməsinə baxmayaraq, hələ də mübahisə mövzusu olaraq qalır. 

 

Sfera.az xəbər verir ki, MakDougall ölüm anında insan bədənində çəkidə baş verən dəyişikliklərlə ruhun fiziki varlıq olub-olmadığını sübut etməyə çalışmışdı.

 

Həkimin iddiasına görə, ölüm anında insan bədənindən təxminən 21 qram çəki itir. O, bu itkiyə səbəb kimi ruhun bədəni tərk etməsini göstərmiş və bu nəticəni “ruhun çəkisi” kimi təqdim etmişdi.

 

Təcrübə cəmi 6 nəfər üzərində aparılsa da, bu iddia həm elmi çevrələrdə, həm də ictimaiyyətdə geniş maraq doğurmuşdu. Lakin bir çox alim bu nəticələri qeyri-dəqiq və statistik baxımdan zəif hesab edərək rədd etmişdi. Tənqidlərə görə, ölüm anındakı çəki dəyişikliyi bədənin tərkibindəki maye və qazların çıxışı ilə izah oluna bilər.

 

Buna baxmayaraq, “ruhun 21 qram çəkisi var” fikri zamanla populyar mədəniyyətdə öz yerini tutdu. Bu konsepsiya sonradan “21 Grams” adlı məşhur Hollivud filmində də əsas mövzuya çevrildi.

 

Lakin hələ də bu tədqiqat elmi cəhətdən öz əksini tapmayıb.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...