Möminə xatun türbəsi restavrasiya olunacaq


Möminə xatun türbəsi restavrasiya olunacaq

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib.

 

Qeyd olunub ki, Möminə xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Nəticələr barədə Nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən Seyidov mədəniyyət işçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevə mədəni irsə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

 

Tədbirdə abidənin mövcud vəziyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verilib.

 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Hacı Fəxrəddin çıxış edərək Möminə xatun türbəsinin tarixi əhəmiyyətindən, bərpa və konservasiya olunmasının vacibliyindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı düşüncələrini bildiriblər.

 

Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə "Atelier Erich Pummer GmbH" şirkəti arasında bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyev cari il may ayının 22-də "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...