Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil

Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil

Gözlərimiz ətrafdakı bənövşəyi rəngli əşyaları və canlıları asanlıqla görə bilir. Lakin elektromaqnit spektrinin görünən hissəsində bu rəng yoxdur. Alimlər deyirlər ki, bənövşəyi rəng müəyyən mənada beynimiz tərəfindən icad edilib və buna görə də biz onu görə bilirik.

 

Sfera.az xəbər veirr ki, bu barədə "Live Science" yazır.

 

Alimlərin fikrincə, bənövşəyi rəng beynin rəngləri özünəməxsus şəkildə emal etməsinə görə mövcuddur. Bu, beynin işığın müxtəlif dalğa uzunluqlarını fərqli qəbul etməsi və bir-biri ilə əlaqələndirməsi ilə bağlıdır.

 

İnsanlar rəngi gözlərinin arxa hissəsindəki konus adlanan və işığı qəbul edən xüsusi reseptorlar sayəsində qavrayırlar. İşıq gözə daxil olduqda, üç reseptor işıq və ona uyğun dalğa uzunluqları haqqında məlumatları hiss edir və beyinə elektrik siqnalları göndərir. Beyin daha sonra bu məlumatı alır və gördükləri haqqında nəticə çıxarır.

 

Beyin eyni anda qırmızı və mavi işıq dalğası uzunluqları ilə qarşılaşdıqda, onları bir araya gətirir. Başqa sözlə, qırmızı və mavi rəngləri birləşdirərək bənövşəyi rəng əldə edir, baxmayaraq ki, əslində işıq bu rəngdə deyil. Oxu.az


OXŞAR XƏBƏRLƏR

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...

Azərbaycanlıların saxlanılması ilə bağlı iş xüsusi nəzarətə götürüldü

Rusiya İstintaq Komitəsi Azərbaycan vətəndaşlarının saxlandığı Sverdlovsk vilayətində keçmişdə törədilmiş cinayətlə bağlı cinayət işinin istintaqını xüsusi nəza...

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan görüntüləri yayıldı - VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlar cəzaçəkmə müəssisələrinin b...

Markov Yekaterinburq hadisələrini pislədi: "Mülki şəxslərin saxlanma zamanı ölməsi dəhşətdir"

Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfərin ölməsi dəhşətdir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatl...