İsrail PUA-ları İranda xəstəxananı hədəf aldı

İsrail PUA-ları İranda xəstəxananı hədəf aldı

İran rəsmiləri İsrailin pilotsuz təyyarələrlə həyata keçirdiyi hücumu kəskin şəkildə qınayıb. 

 

Sfera.az “Tasnim News” agentliyinə istinadən xəbər verir ki, səhər saatlarında baş verən hücum nəticəsində xəstəxana və ətrafdakı binalar ciddi ziyan görüb. Hadisə bölgəsində xilasetmə əməliyyatları dərhal başladılıb.

 

Kirmanşah valisi Mənuçöhr Həbibi hücumu “sionist rejim tərəfindən törədilən vəhşi cinayət” adlandıraraq, fövqəladə hallarda fasiləsiz koordinasiyanın vacibliyini qeyd edib. O, əyalətin böhranla mübarizə bölməsinin tam hazırlıq vəziyyətində olduğunu, bütün aidiyyəti qurumlara isə xilasetmə və ictimai təhlükəsizliyin təmin olunması üçün resursların səfərbər edilməsi barədə göstəriş verdiyini bildirib.

 

Hücum nəticəsində xəstəxananın müxtəlif bölmələrinə ciddi ziyan dəyib. Hadisədən dərhal sonra təcili tibbi yardım briqadaları əraziyə göndərilib və hazırda xilasetmə işləri davam etdirilir.

 

Rəsmi məlumatlara görə, hələlik ölən və ya yaralananların sayı açıqlanmayıb, lakin yerli mənbələr bir neçə şəxsin yaralanmış ola biləcəyini bildirir. Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...