“Fənərbağça” rusiyalı futbolçu ilə danışıq aparır

“Fənərbağça” rusiyalı futbolçu ilə danışıq aparır

"Fənərbaxça" Moskva ÇSKA-sının yarımmüdafiəçisi Matvey Kislyaka maraq göstərir. 

 

Sfera.az xəbər verir ki, bu barədə TRT Spor məlumat yayıb.

 

Mənbənin bildirdiyinə görə, Türkiyə klubu 19 yaşlı futbolçunun mümkün transferi ilə bağlı şərtləri araşdırıb.
 

Qeyd olunur ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo rusiyalı oyunçu haqqında müsbət fikirə malikdir və onun yarımmüdafiənin bir neçə mövqeyində çıxış edə bilməsini yüksək qiymətləndirir.
 

ÇSKA Kislyak üçün 20–25 milyon avro tələb edir.

 

Ötən mövsüm 19 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun Moskva təmsilçisi ilə olan hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.


Transfermarkt portalı Kislyakın bazar dəyərini 8 milyon avro olaraq qiymətləndirir.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...