"Quranda cadu sözü yoxdur" - Elşad Miri

"Quranda cadu sözü yoxdur" - Elşad Miri

Günümüzdə mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cadunun olduğunda təkid edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülür. Sosial şəbəkələrdə də bağlanmış qıfıllar, sapa dolanmış şəkillər və daha bir çox bu kimi fotolar paylaşılaraq hansısa ailəyə cadu edildiyini iddia edirlər. Bu da ictimaiyyətdə müzakirələrə səbəb olur. Fikir ayrılıqları müzakirələrdən mübahisəyə də çevrilir.

 

Bəs cadu varmı?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan dinşünas Elşad Miri bunu yalan, nağıl və uydurma adlandırıb.

 

 

Onun sözlərinə görə, cadu etmək, dili-ağzı bağlamaq, açmaq İslamda yoxdur.

 

E.Miri qeyd edib ki, bu gün cadu, sehrlə, ekstrasensliklə məşğul olanlar Qurani-Kərimdən bir neçə surəni misal gətirirlər:

 

“Təəssüflər olsun, Qurani-Kərimin 113-cü surəsi olan Fələq surəsinin 4-cü ayəsininin tərcüməsini “düyünlərə üfürən qadınların şərindən Allaha sığınıram” kimi veriblər. Maraqlıdır, orada qadın yazılıb, bəs kişi olsa, necə olacaqdı? Şər sözü Azərbaycan dilində də şər mənasında istifadə olunan sözdür. Ərəbcə-Azərbaycanca lüğətin 2-ci cildinin 248-ci səhifəsində qeyd olunur ki, əqt sözü sülh, saziş bağlamaq, əlaqə qurmaq deməkdir.

 

Bəqərə surəsinin 235 və 237-ci ayələrində də bu söz keçir. Oradakı nikah əqti ilə əlaqədardır. Bu gün Azərbaycan dilində də hüquq terminologiyasında əqt kəliməsi istifadə olunur. Nəffəsat sözü ilanla bağlı işləndiyi zaman ilanın ağzından çıxan zəhər deməkdir. İnsanla əlaqəli olduqda hər hansı sözün ağızdan çıxması mənasında istifadə olunur. Konkret olaraq burada düyünlərə üfürmək, düyün vurmaq, qadınlar mənası deyil, əlaqələrə fəsad qarışdıranların şərrindən Allaha sığınırlar. Yəni insanlarla bağlı olan əlaqələr nəzərdə tutulur. Təəssüflər olsun ki, bu ayəni Peyğəmbərə cadu edilməsi ilə əlaqələndirirlər. Bunların heç birinin əsası yoxdur.

 

Eynisini Bəqərə surəsinin 102-ci ayəsində Harud və Marudla əlaqələndiriblər. Başqa bir yerdə isə Musa peyğəmbərlə əlaqəli olan sehrbaz anlayışını əlaqələndiriblər”.

 

Dinşünas nəzərə çatdırıb ki, cadugərlik heç vaxt olmayıb, Quranın tərcüməsi də təmamilə yanlışdır:

 

“Qurani-Kərim əksinə sehrin olmadığını bildirir. Bəqərə surəsinin 102-ci ayəsində Süleyman kafir olmadı deyərək, Süleymanı sehrbazlıqda, sehrlə hakimiyyətə gəldiyini ittiham edənlərin əslində kafir olduqlarını bildirir”.

 

Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...