Həkimdən qaçma səbəbimiz nədir? - AÇIQLAMA

Həkimdən qaçma səbəbimiz nədir? - AÇIQLAMA

Cəmiyyətimizdə uzun illərdir ki, hər hansı bir xəstəlik əlaməti olmadıqca həkimə müraciət etməmək vərdişi formalaşıb və bu tendensiya bu gün də davam etməkdədir.

 

Bu vəziyyət bir sıra amillərlə əlaqələndirilə bilər. Bəzi hallarda insanlar sağlamlıqlarına qarşı məsuliyyətsiz yanaşır, bəzən isə tibbi xidmətlərin yüksək məbləğdə olması və ya maariflənmənin yetərsizliyi bu cür laqeyd davranışlara səbəb olur. Nəticədə, profilaktik müayinələrə ehtiyac olduğu halda belə, insanlar həkimə üz tutmurlar.

 

İnsanların həkimə gec müraciət etməsinin səbəbləri nədir: Utanc, savadsızlıq ya əlçatmaz xidmətlər? 

 

Sfera.az-a məsələ ilə bağlı açıqlama verən professor, həkim Adil Qeybulla insanların həkimə gec müraciət etməsinin əsas səbəbləri arasında ölkədə səhiyyə sisteminin yetərincə strukturlaşdırılmaması, ailə həkimi institutunun olmaması və ilkin müraciət üçün aydın bir ünvanın göstərilməməsinin olduğunu deyib. 

 

 

Həkimin sözlərinə görə, bir çox insanda səhhətində ciddi problem yaranmadan həkimə getməyə maraq olmur, müəyyən laqeydlik və tənbəllik müşahidə olunur: 

 

“Həmçinin, tibbi yardıma müraciət zamanı mövcud olan müxtəlif psixoloji və sosial maneələr də bu prosesi ləngidir. Əgər ailə həkimi sistemi tətbiq olunsa, vətəndaşların ilkin müraciətləri düzgün istiqamətləndirilər, bəzi sağlamlıq problemləri birbaşa həmin həkim tərəfindən həll edilə bilərdi. Bundan əlavə, xroniki xəstələrin qeydiyyata alınması və onların davamlı nəzarətdə saxlanılması da mümkün olardı. Hazırda isə bütün bu proseslər xəstənin şəxsi təşəbbüsünə buraxılıb. Lakin təşəbbüskarlıq həm istəksizlik, həm də müxtəlif sosial və psixoloji əngəllər səbəbindən çox vaxt gerçəkləşmir”.

 

A.Qeybulla qeyd edib ki, bütün bunların nəticəsində insanlar tibbi yardıma vaxtında üz tutmurlar. 

 

O bəzi hallarda səhiyyə ilə bağlı formalaşmış yanlış təsəvvürlərin də bu gecikmələrdə mühüm rol oynadığını vurğulayıb:

 

“Hesab edirəm ki, Qərb modellərinə uyğun, inteqrə olunmuş bir səhiyyə sistemi qurulacağı təqdirdə bu problemlərin əksəriyyəti aradan qalxa bilər”.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...