"İran düşmənə cəhənnəmi yaşadacaq" - Qalibaf

"İran düşmənə cəhənnəmi yaşadacaq" - Qalibaf

 İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin İsrail rejiminə qarşı cavab əməliyyatları və yaranmış vəziyyətlə bağlı sərt bəyanatla çıxış edib.

 

Sfera.az Mehr agentliyinə istinadən xəbər verir ki, parlamentin bazar ertəsi keçirilən açıq iclasında danışan Qalibaf bildirib ki, son gecələr sionistlərin kabusuna çevrilib və rejimin cinayətlərini törədənlər arasında böyük qorxu hökm sürür. Onun sözlərinə görə, bu qorxu sionist rejimin peşmanlığı və cəzalandırılması ilə sonlanacaq.

 

“İran qüvvələri düşmənə cəhənnəmi yaşadacaq, dünya isə onun miskin durumuna şahidlik edəcək”, – deyə Qalibaf vurğulayıb.

 

O qeyd edib ki, hazırda bölgədə fövqəladə vəziyyət hökm sürür və “vəhşi düşmən” heç bir qırmızı xətti tanımır. Qalibaf əlavə edib ki, baxmayaraq ki, son qələbə şübhəsizdir, bu yolun təbii olaraq enişli-yoxuşlu məqamları olacaq.

 

Parlament sədri həmçinin bildirib ki, İran xalqı müxtəlif etnik və siyasi təbəqələrə mənsub olmasına baxmayaraq, düşmənə qarşı birləşib və Silahlı Qüvvələri dəstəkləyib.

 

Qalibaf SEPAH və Orduya bağlı qüvvələrin Ayətullah Seyid Əli Xameneinin rəhbərliyi ilə öz hərbi güclərini bütün dünyaya nümayiş etdirdiyini və İsrail rejiminin toxunulmazlıq mifini darmadağın etdiyini qeyd edib.

 

O əlavə edib ki, hazırda düşmən kognitiv müharibəyə əsaslanan hibrid hücumlar həyata keçirir. Onun fikrincə, İsrail rejiminin bu təhdidləri İranda xalq birliyini daha da möhkəmləndirmək üçün tarixi bir imkan yaradıb.

 

Xatırladaq ki, İranın Silahlı Qüvvələri “Həqiqi Vəd III Əməliyyatı” adlı cavab tədbirinə cümə axşamı axşam saatlarında başlayıb. Bu, İsrail rejiminin ABŞ-ın dəstəyi ilə İranda – o cümlədən Tehran və digər şəhərlərdə – nüvə obyektlərinə, hərbi infrastruktura və yaşayış binalarına qarşı həyata keçirdiyi genişmiqyaslı hücuma cavab olaraq baş verib.

 

Əməliyyat İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin televiziya ilə etdiyi çıxışdan dərhal sonra başlayıb. Xamenei çıxışında “alçaq” adlandırdığı İsrail rejiminin qisas nəticəsində “aciz hala düşəcəyini” bəyan edib.

 

Hücum nəticəsində İranın yüksək rütbəli hərbi komandirləri, nüvə alimləri və qadınlar, uşaqlar da daxil olmaqla bir çox mülki şəxs həlak olub.

 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Bakıda bu binalar söküləcək –Ünvanlar

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Archico Project” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.   Sfera.az xəbər verir ki, müqa...

İsrail-İran münaqişəsi Azərbaycan turizminə necə təsir edib?

Regionda olan gərginliklər istər Rusiya-Ukrayna, istər Hindistan-Pakistan, istərsə də İran-İsrail arsındakı münaqişə şəraiti turistlərin səfərlərinə və səyahət ...

Dövlət Komitəsi əsir və itkin düşmüşlərin ailələrinə müraciət etdi

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermən...

İran və İsraili tərk edən vətəndaşlarımızın sayı AÇIQLANDI

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki Səfirliyimizdə, İran İslam Respublikasındakı Səfirliyimizdə, habelə Təbriz ş...

İsrail İran generallarını süni intellektlə belə hədəfə alıb

İsrailin müasir döyüş və kəşfiyyat texnologiyalarında süni intellektdən istifadə etdiyi artıq sirr deyil.   Sfera.az xəbər verir ki, tanınmış texnob...

Azərbaycanda nə qədər işsiz var?

2025-ci il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.   ...