Bakıda istirahət bahalaşır - Hotellərdə qiymətlər "od tutub yanır"

Bakıda istirahət bahalaşır - Hotellərdə qiymətlər "od tutub yanır"

Yay mövsümünün başlanması ilə birlikdə Bakıda hotel qiymətləri ciddi şəkildə artıb. Paytaxtda yerləşən hotellərdə bir gün gecələmə qiymətləri 15 manatdan başlayaraq 1000 manata qədər yüksəlir. Qiymətlər hotelin kateqoriyasından, yerləşdiyi ərazidən və təqdim olunan xidmət səviyyəsindən asılı olaraq dəyişir. Hazırda həm yerli, həm də xarici turistlərin ən çox üz tutduğu məkanlar arasında 5 ulduzlu hotellər üstünlük təşkil edir. Lakin orta və aşağı büdcəli turistlər üçün də seçimlər mövcuddur.


Sfera.az adi hostellərdən tutmuş, ən bahalı, 5 ulduzlu, lüks hotellərin qiymətini araşdırıb.


Ən yüksək qiymətə malik hotellər sırasında “JW Marriott Absheron Baku” liderlik edir. Burada gecəlik qiymət təxminən 750 AZN-ə çatır.


“Fairmont Baku” (Flame Towers) isə hazırda 450 AZN civarında qiymətlə xidmət göstərir.


Son məlumatlara əsasən, “Hilton Baku” hotelində isə 1 gecəlik qalma qiymətləri belədir:

 

- “King Room” (səhər yeməksiz) - 207 AZN;
- “Double Room”- 262 AZN;
- “Deluxe Room”-  302 AZN;

 


Qiymətlər mövsümə və tədbirlərə uyğun dəyişə bilir. Yay və tədbir dövrlərində, xüsusilə “Formula 1”, “COP29” və beynəlxalq konfranslar zamanı qiymətlər 2–4 dəfə artaraq 1000 AZN-ə qədər yüksəlir.


Lüks xidmət axtaranlar üçün “Port Baku Residence” və “Port Baku Hotel Apartments” artıq hotel sektorunun özəl seqmentinə çevrilib. Rəsmi olaraq hotel olmasa da, təklif etdiyi xidmətlər və komfort səviyyəsi ilə bəzən 5 ulduzlu hotelləri belə geridə qoyur.


Burada da otaq qiymətləri bu cür dəyişir:

 

- 1 otaqlı  300–400 AZN;
- 2 otaqlı  450–600 AZN;
- 3 otaqlı  700–1000 AZN;

 


“Port Baku Hotel Apartments”da isə qiymətlər aşağıdakı kimidir:


- “Studio” 280–350 AZN;
- “1 Bedroom” 400–500 AZN;
- “2 Bedroom” 600–800 AZN;


Qiymətləri daha münasib olan hotellər də turistlərin diqqətindədir.


Məsələn, hotel nömrələri “Holiday Inn Baku”da 140–225 AZN, “Radisson Hotel Baku”da 155–185 AZN, “Mövenpick Winter Park Baku”da isə 170–205 AZN aralığındadır.


Bu hotellər həm işgüzar səfərlərdə, həm də ailəvi istirahət üçün geniş istifadə olunur.


Büdcəsi az olanlar üçün isə paytaxtda aşağıdakı qiymətlərə uyğun məkanlar mövcuddur:


- “Travel Inn Hostel” 15–17 AZN;
- “Altus Hotel Baku” 24–30 AZN;
- “Grand Inn Baku” 70 AZN;
- “Sahil Hotel” 80–100 AZN;

 


Bu kateqoriyadakı hotellər əsasən gənclər və səyahət edən turistlər üçün əlverişlidir.


Bəs qiymətləri dəyişən əsas faktorlar nələrdir?


İlk faktor mövsümdür, yayda qiymətlər artır, qışda enir. İkinci məsələ isə tədbirlərdir. Beynəlxalq tədbirlər zamanı qiymətlər yüksəlir. Rezervasiya vaxtı da qiymətlərə təsir edən nüanslardandır. Erkən sifariş zamanı daha aşağı qiymətlərlə xidmət əldə etmək mümkündür. 


Eləcə də həftəsonu qiymətləri adi günlərlə müqayisədə daha yüksək olur.


Bakıda qiymətlərə görə hotel seçimi genişdir. Hər bir şəxs öz imkanlarına və məqsədilə uyğun olaraq hotel və nömrələr seçə bilər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda qadın qətlə yetirilib: Əri şübhəli bilinir

Bakı şəhərində qətl hadisəsi baş verib   Sfera.az xəbər verir, 22 yaşlı Günay Məmmədova qətlə yetirilib. Onun qətlində həyat yoldaşı şübhəli bilinir....

Tokayev Türkiyədə səfərdədir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev Türkiyədə səfərdədir.   Sfera.az xəbər verir ki, Tokayevi paytaxt Ankaranın Esenboğa Beynəlxalq Hava Lim...

Rusiyada abortlar tam qadağan oluna bilər

Rusiyada abortların yalnız tibbi göstərişlər olduqda həyata keçirilməsi təklif olunub.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Dumasındakı Libera...

35 ildir nadir təyyarələri toplayıb təkrar emal edir: Aralarında Səddam Hüseynə məxsus

Uzun illər əvvəl Britaniyalı sahibkar Mark Qreqori tərəfindən yaradılmış Air Salvage International (ASI) şirkəti qeyri-adi bizneslə məşğuldur. O və adamları müx...

İslamı qəbul edən əfsanəvi boksçu öldü

Məşhur amerikalı boksçu Duayt Məhəmməd Qavi 72 yaşında vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə ESPN onun bacısı Vanda Kinqə istinadən məluma...

Cennifer Lopezin konsertində xəcalət: Səhnədə ətəyi düşdü - VİDEO

Dünya şöhrətli ulduz Cennifer Lopez 56 yaşını Polşanın paytaxtı Varşavada verdiyi konsertdə qeyd edib. Onun ifası zamanı başına gülməli hadisə gəlib. Səhnə...