Monqolustanda qızılcaya yoluxanların sayı 7 mini ötdü

Monqolustanda qızılcaya yoluxanların sayı 7 mini ötdü

Monqolustanda qızılcaya yoluxanların sayı 4 gündə 6 836-dan 7 717-yə yüksəlib.

 

Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə milli mərkəz məlumat yayıb.

 

“Qızılca xəstəliyinin daha çox yayıldığı məktəblərin bayram günləri ilə bağlı bağlanması xəstəliyə yoluxma hallarının azalmasına təsir etməyib. İyunun 12-də 6 836 vətəndaşda qızılca xəstəliyi təsdiqlənibsə, iyunun 16-na bu xəstəliyə yoluxanların sayı 7 717-yə yüksəlib. Xəstələrlə fəal təmasda olan 63 052 nəfər həkim nəzarətindədir”, – məlumatda diqqətə çatdırılıb.

 

Qurum bildirib ki, iyunun ortalarınadək ölkədə qızılcadan beş ölüm halı qeydə alınıb.

 

Qızılcaya ilk yoluxmuş vətəndaşlar 2025-ci ilin fevral ayının sonlarında xarici reyslərlə Ulan-Batora gəliblər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Monqolustanı 2016-cı ildə qızılca xəstəliyini aradan qaldıran ölkə kimi tanısa da, ölkədə sonuncu dəfə 2019-cu ilin martında uşaqlar arasında xəstəliyin yayılması qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ - Saat 08:00-dan etibarən...

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.   Bu barədə Sfera.az-a BŞTİ-dən məlumat ver...

“Qəzzaya çox pul verdik, amma təşəkkür edən olmadı” -Tramp

Donald Tramp Şotlandiyada yerləşən “Turnberri” qolf kompleksində Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı Qəzza ilə bağlı diqqətçə...

Hikmət Hacıyev Əhmədianla telefonla danışdı

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik ...

Dikdaban ayaqqabıları çıxarıb əsgər çəkməsi geyinəcəklər

Yaponiya qadınların silahlı qüvvələrə cəlb edilməsinə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az “Kyodo” agentliyinə istinadən xəb...

Azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı AÇIQLANDI

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 - 27.0...