Şəhid Çingiz Qusarda torpağa tapşırılacaq - Dəfndən VİDEO
Cəmiyyət
11:47 / 06.02.2017
692
Ötən ilin dekabr ayında Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olan və nəşi düşmən əlinə keçən əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi dəfn olunması üçün Qusara yola salınıb.
BiG.AZ-ın verdiyi məlumata görə, şəhidin cənazəsini gözləyən Qusarda dəfn üçün hazırlıq işləri başa çatıb.
Əsgər Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən 2016-cı il dekabr ayının 29-da şəhid olub. Qarşı tərəf uzun müddət nəşi qaytarmaqdan boyun qaçırıb.
Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi ötən gün Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.
Bu gün Bakıda onunla vida mərasimi keçirilib.
mənbə: istipress