Polis əməliyyat görüntüləri yaydı


Polis əməliyyat görüntüləri yaydı

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar.

 

Daxili İşlər Nazirliyindən (DİN) Sfera.az-a verilən məlumata görə, onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb.

 

Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

 

M.Həsənov, B.Cəfərov və  Q.İbrahimovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyatlar davam etdirilir.

 

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi rayonunda keçirilən tədbirlər zamanı 47 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzaya humanitar yardımı yenidən dayandırıb

İsrail Qəzzaya yardım çatdırılmasını dayandırıb.   Sfera.az bu barədə "The Times of Israel”a istinadən xəbər verir.   Baş Nazirlikd...

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...