Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! — VİDEO

Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! — VİDEO

Sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu maşınla vurdunuz.

Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan Şamaxinkaya çıxan yolda "növbə çəkir". Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü maşını kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur - əlini maşının arxa tərəfinə vurub özünü yerə yıxır.

Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib və internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: "Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim maşınına dəydi". Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır.

Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.(Baku.ws)


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...