Bulvara çıxan keçiddə meyit tapıldı - BAKIDA ŞOK HADİSƏ
11:08 / 06.02.2017
1006
Bakıda piyada keçidində meyit tapılıb.
Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. Mikayıl Useynov küçəsindən bulvara keçən piyada keçidindən 40-45 yaşlı kişi meyiti tapılıb. Həmin şəxsin hansı şəraitdə vəfat etdiyi məlum deyil.
O da bildirilir ki, keçiddə meyitin olduğu barədə polisə sakinlər məlumat verib. Faktla bağlı araşdırma aparılır.