Prezidentin köməkçisi: Köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var

Prezidentin köməkçisi: Köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var

“Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır?”

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada təşkil olunan “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti” ( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) panelində bildirib.

 

O həmçinin, “Bakı – Tbilisi - Qars” dəmiryolu xəttinin inşası zamanı Avropa və ABŞ-dakı fondların sözügedən layihəni maliyyələşdirməkdən imtina etməsinə də toxunub.

 

Prezident köməkçisi deyib ki, sözügedən layihənin icrasına başlandığı zaman Avropa və ABŞ-da fəaliyyət göstərən maliyyə fondları onun maliyyələşdirilməsindən imtina edib:

 

“Bizim köməyə deyil, əməkdaşlıq və tərəfdaşlığa ehtiyacımız var. Çünki biz investisiya, eləcə də regional əməkdaşlıq imkanlarına malik bir ölkəyik. Azərbaycanın eyni zamanda regionda yerləşən qardaş ölkələrlə regional tərəfdaşlığı mövcuddur. Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə “Bakı – Tbilisi – Qars” dəmiryolu xəttini inşa etmişik. Bu layihənin icrasına başlanıldığı vaxtda Avropa və ABŞ-dakı fondlar onun maliyyələşdirilməsini dayandırdılar. Biz də dedik ki, yaxşı, layihəni elə isə öz fondlarımız hesabına həyata keçirərik. Biz öz nəqliyyat infrastrukturu sistemimizi Mərkəzi Asiyadakı qardaş ölkələrlə əlaqələndirdik. Xəritəyə baxdığınızda görərsiniz ki, üç qonşu dövlət olan Azərbaycan, Gürcüstan və Türkiyə özünün ev tapşırığını yerinə yetirərək, nəqliyyat layihələrini Mərkəzi Asiyadakı dost ölkələrlə əlaqələndirib. Bəs Avropa İttifaqı haradadır? Əgər siz tərəfdaşsınızsa, bizə qoşula bilərsiniz. Lakin indiyədək bizə Avropa İttifaqının nə istədiyi aydın deyil”.


OXŞAR XƏBƏRLƏR

"Crocus City Hall" terrorçuları ilə bağlı daha bir fakt üzə çıxdı

Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert kompleksində terror aktını törədən şəxslərin Rusiyadan qaçmaq üçün təşkilatçılardan pul aldıqla...

Rusiyanın 12 regionuna kütləvi PUA hücumu edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 99 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Açıq su hövzəsində çimmək uşaqlarda müxtəlif infeksiyalara yoluxma və hipotermiya ilə nəticələnə bilər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya D...

Avqustda bu bürcləri şad xəbərlər gözləyir

2025-ci ilin avqust ayı bəzi bürclər üçün xoş sürprizlər, yeni başlanğıclar və sevindirici xəbərlərlə dolu olacaq. Ulduzlar sevgi, karyera və maliyyə sahələrind...

Bu ərazilərə yağış yağdı – Faktiki hava

İyulun 27-si saat 9:00-a olan faktiki hava açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Qeyd ...

Sirlərinizi “ChatGPT”ə etibar etməyin - XƏBƏRDARLIQ

Texnologiya inkişaf etdikcə, getdikcə daha çox insan ChatGPT-yə sadəcə rəqəmsal bir vasitə kimi deyil, bir növ virtual psixoloq və ya sirdaş kimi baxmağa başlay...