İran niyə hədəf seçilib?: "İsrailə təhdid yeganə səbəb deyil"

İran niyə hədəf seçilib?: "İsrailə təhdid yeganə səbəb deyil"

"İran təkcə İsrailə təhdid yaratdığı üçün hədəf seçilməyib".

 

Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

 

Onun sözlərinə görə, baş verənlər həm də Orta Şərqdə kürd dövlətinin yaradılması layihəsinin tərkib hissəsidir:

 

"Öncə Səddam rejimi məhv edildi və ölkənin şimalında Kürdüstanın təməli qoyularaq İraq faktiki bölündü. Sonra Suriyada məlum hadisələr baş verdi, nəticədə Əsəd rejimi devrildi. Hazırda Suriyanın da şimalında de-fakto kürd muxtar bölgəsi var. Növbə İrana çatıb".

 

Siyasi şərhçi nəzərə çatdırıb ki, burada önəmli məqam İraq və Suriyada təkcə bölgənin yox, dünyanın ən sərt rejimləri hökmranlıq etməsi idi:

 

"Lakin bunların içərisini asanlıqla qarışdırdılar, çünki cəmiyyətlər polietnik və polikonfessional olduğu halda, rejimlər dar məzhəb təməlində formalaşaraq digər əhali qruplarının haqqını, hüququnu rədd etmiş, etno-konfessional fərqliliklər ölkələr içərisində ayırıcı xətlərə çevrilmişdi. Nəticədə kənardan toxunuşla bu dövlətlər karton ev kimi çökdülər".

 

Ş.Cəfərli qeyd edib ki, İranın İraq və Suriya ilə ortaq, oxşar tərəfləri çoxdur:

 

"Ölkə çoxmillətlidir və sərt rejim var. Amma göründüyü kimi, 2 böyük ordu (Sepah və Arteş), böyük təhlükəsizlik və kəşfiyyat strukturları yetərli olmur".

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...